Bənövşəyi İnək (Purple Cow) Nədir ?

0
4134
Bənövşəyi İnək  (Purple Cow) Nədir ?

Rəqabət şərtlərinin çox yoğun olduğu günümüzdə,firmalar yenilik və fərq yaratmağa bir növ artıq məcburdurlar.Çünki rəqiblərin çoxluğu,bazarda malların çox çeşidli olması,müştəri xidmətlərindən və reklamlardan geniş istifadə olunmasi kimi faktorlar firmaları buna məcbur etməkdədir.Başqa bir problem isə malların və xidmətlərin hardasa get-gedə bir-birlərinə daha çox oxşamasıdır.
Belə bir bazar şəraitində isə bir-birinə bənzəyən mallarla qarşı-qarşıya qalan müştərilər daha ucuz olan malı satın alırlar.Nəticədə isə bazarda firmalar üçün heç də sərfəli olmayan qiymət rəqabəti başlayır.Bu hal isə firmaların gəlirlərinin azalması və inkişafının zəifləməsinə səbəb olur.Belə bir şəraitdə firmalar üçün rəqabət üstünlüyü əldə etmənin ən təsirli yollarından biri də onların rəqibləri haqqında fərqliləşmələri olacaq.Bu mövzuda bir çox fikir səslənib.Ancaq bunlardan ən məşhurlarından biri məşhur marketinq qurusu Seth Godin tərəfindən irəli sürülüb. Seth Godin firmalara rəqabətdə üstünlük əldə etmələri üçün fərqlilik yaratmalarını-bir Purple Cow (bənövşəyi inək ) olmalarını təklif edir.
Nədir bu Purple Cow?Seth Godin kitabının başında bu adın necə əmələ gəldiyini aşağıdakı şəkillə oxucularına çatdırır.
Belə ki,Seth Godin ailəsiylə birlikdə Fransada səyahət edərkən yolun kənarlarındakı yaşıllıqda otlayan inəkləri görür.Bu mənzərə onun və ailəsi üşün çox maraqlı olur.Çünki Amerikada yaşadığı şəhərdə belə bir mənzərəni görmələri imkansız idi.Onlar bu mənzərəni böyük zövq ilə izləyirlər. Ancaq uzun müddət bir-birinə oxsayan inəkləri görmək  əvvəlki kimi onlara zövq vermir.Ancaq bir müddətən sonra onlar cox da diqqət çəkmir.Cünki birini,beşini,onunu gördükdən sonra inəklər artiq maraqsiz olur.Ancaq onlardan birisi bənövşəyi olarsa,o xaric.
Bu fikirlərlə yola çıxan Godin,Purple Cow (Bənövşəyi İnək) adlı bir kitab yazıb.Kitabın əsas fikri, nə qədər mükəmməl olursansa ol uğur qazanmanın əsas yolu fərqliləşməklə mümkün olmağa dayanır.Bu kitab iş dünyası tərəfindən olduqca diqqət  çəkib.Godinin fikirincə,get-gedə cətinləşən rəqabət mühitində artiq bazarda köhnə üsullarla rəqabət aparmaq hardasa imkansız bir hal alıb.
Kitabda, artıq marketinq “P”lərinin tək basına işə yaramadığı qeyd edilir.Onun fikrinə görə, bütün “P”lər doğru olsa,müvəffəqiyyət qazanmaq şansınız var,ancaq narahatedici bir vəziyyət də yaranıb.Çünki “P”lər artıq yetərli deyil.Godin də kitabında yeni “P” haqqında fikirlərini ifadə edir.Yeni “P”- “Purple Cow”un əsas xüsusiyyəti diqqətçəkici olmasıdır.
Purple Cow olmaq diqqət mərkəzində olmaq deməkdir.Cünki hamıdan fərqli və daha maraqlı olacaqsınız.Eyni vaxtda mal və xidmətlərinizə yenilıklərdə qatmaqla da rəqiblərinizdən fərqi olacaqsınız.Bunu bacaran firmalar isə çox vaxt bazar lideri olmaq şansı əldə edirlər. Unutmamaq lazımdır ki,çox vaxt onlar təsirli bir fikir taparaq tətbiq etdikləri ücün lider olurlar. Ancaq təsirli bir fikir tətbiq edildikdən sonra,o fikir başqa bir firmaya kömək etməyəck.O halda, müvəffəqiyyət qazana bilmek üçün hər zaman işə yarayacaq yeni fikirlər tapmaq lazımdır.
Hər gün istehlakçılar cox sayda bir-birinin oxşarı olan mal və xidmətlərlə rastlaşırlar.Bu isə çox vaxt onlara maraqsız gəlir və o malllar tez unudulur.Ancaq istehlakçı,bir Purple Cow gördüyü təqdirdə çox böyük ehtimalla onu yaddan çıxaramayacaq.Bir şeyi bilmək lazımdır ki,bu mal və xidmətinizə sonradan əlavə edilə bilən bir marketinq funkisiyası deyil.Purple Cow mal və xidmətin özüdür,yəni,ən başdan əlavə edilən bir xüsusiyyətdir.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN