Hyundai Aslan: İkiqat Marketinq Gedişi

0
2598
Hyundai Aslan: İkiqat Marketinq Gedişi

Dünya Avtomobil bazarında istifadə olunan ilk türk ismi

Əslində bu modelin adı açıqlanandan bəri hamı onun məhz Türkiyə bazarı üçün edilmiş bir jest olduğunu hesab edirdi. Amma subyektiv olaraq düşünürəm ki, sadəcə bir bazara hesablanmış marketinq gedişi elə də məntiqi görünmür.

Modelin adı ilə bağlı istər Azərbaycan, istər də Türkiyə mediyasında geniş müzakirələr baş vermişdir. Hətta bu adın və modelin oktyabrda satışa çıxarılmasının xüsusi tarixi hadisələr ilə bağlayırlar. Belə ki, 1950- 1953 cü illərdə baş verən Koreya müharibəsində Türkiyə ordusu məhz bu tarixdə Koreyaya qarşı hərəkətə keçmişdi.

Onu da qeyd edək ki, modelin Koreyadakı qiyməti 40 milyon Koreya Wonu, yəni təxminən 40 min ABŞ dolları olacaq. Yeni sedan modeli olan Aslan ilə Koreyalı avtomobil nəhəngi rəqibləri BMW, Mercedes və Audi ilə rəqabətə girəcək. 4.96 metr uzunluğunda olan model, Hyundai-nin 4.91 metrlik Grandeur avtomobilindən daha böyük, uzunluğu 4,99 metr olan Genesis-dən isə daha kiçikdir.

Hyundai Aslan Türkiyə bazarına hesablanmış marketinq gedişi deyil.

Sonradan bəlli oldu ki, model Türkiyə bazarında satışa çıxarlmayacaq:

Saner Müftüoğlu bildirib ki, bu model sadəcə Koreyanın daxili bazarında satışa çıxarılacaq. Müftüoğlu  "İlk adı AG Luxury Sedan olan avtomobil, Hyundai-nın Genesis və Grandeur modelləri arasında bir model olaraq bazara təqdim ediləcək. Model, sedan olaraq, sadəcə Koreya daxili bazarına çıxarılacaq və bu ölkədə “Aslan” adı ilə  satışa təqdim olunacaq. Hər hansı bir şəkildə başqa bir ölkəyə ixracı isə müzakirə mövzusu deyil. Buna görə də model Türkiyə bazarında satışa çıxarılmayacaq” – deyib.

Bəs onda niyə Aslan?

Aslan – güc, sürət və qüdrət simvoludur. Amma bu söz bizlərə və türklərə bəlli olduğu kimi bütün dünyaya da bəllidir.

Xüsusən də C.S. Lewis-in “Narniya xronikaları” adlı 7 hissəsli uşaq fantaziya kitablarından sonra. Bu kitabların motivləri əsasında isə hətta 3 hissəli film də çəkilmişdir. Narniyənın motovlərində xristianlıq ideyalarına çoxlu eyhamlara rast gəlmək mümkündür. “Narniya xronikaları” 2006-cı ildə kitab 41 dilə tərcümə edilərək, 100 milyondan çox nüsxədə satılıb. Filmlər isə - The Lion, the Witch and the Wardrobe (2005), Prince Caspian (2008) və The Voyage of the Dawn Treader (2010) dünya üzrə nümayişlərdən 1,5 milyarddan çox gəlir toplamışdır.

Bu zaman Aslan, həm də “Ulu Şir” kimi tanınır, Narniya dünyasındakı bütün yaxşılıq, haqq və ədalət təcəssümüdür. O, əzəmətli, möhtəşəm və hərşeyə, qadir və güclüdür.  

Aslan sözü türk və monqol dillərində erkək şir mənasını verir.

Lakin o, həm də Aslan, Arslan və Arsalan versiyalarında Əfqanıstan, Albaniya, Azərbaycan, Gürcüstan, İran və Pakistanda oğlan adı kimi istifadə olunub və tarixdə bu adı daşıyan çoxlu şəxsiyyətlər vardır.
 

ŞƏRH YAZIN