Loyallıq Proqramı

0
1993
Loyallıq Proqramı

Loyallıq proqramı – daimi müştəri kateqoriyasını qoruyub saxlamağa imkan verən geniş tədbirlər kompleksidir.Bundan əlavə,digər şirkətlərlə birgə loyallıq proqramından istifadə edərək digər müştəriləri də öz tərəfinə çəkmək mümkündür.
Qısaca desək,loyallıq proqramı özündə yalnız daimi müştərilər üçün nəzərdə tutulmuş çoxsaylı endirim,hədiyyə,məhsul və aksiya tədbirlərini birləşdirir.Bununla yanaşı şirkət digər insanları da özünün daimi müştərisi olmağa dəvət edir.
Loyallıq proqramını artırmağın ən geniş yayılmış üsulları bunlardır:
Endirim kartları:İlk baxışdan nəhəng ticarət şəbəkələrinin daimi müştərilərinə endirim kartlarının verilməsi qəribə təsir bağışlaya bilər.Axı bu şirkət üçün zərər deməkdir.Əslində isə, istənilən insan endirimə sahib olduğu mağazaya üz tutacaq.Eyni zamanda,əksər endirim kartları müştəri iri həcmdə alış-veriş etdikdən sonra “işə düşməyə” başlayır.Nəticədə hər kəs bundan qazanc götürür.Müştəri endirim əldə edir,satıcı isə rəqibə deyil,daima bura gələn daimi müştəri qazanır.
Anketləşdirmə:Müştəri endirim kartı əldə etdikdə çox vaxt ondan anket doldurmaq tələb olunur.Bu anketin köməkliyi ilə müştərinin daha çox tələbatının olduğu məhsulları ayırd etmək mümkündür.Bunun sayəsində mağazada müştərinin marağını cəlb edəcək həmin məhsul peyda olduqda müştəri onun haqqında məlumatlandırılır.
Alış-verişin təhlili:Bu element bir baxımdan anketləşdirməni xatırladır,lakin daha müasir formada.O daha çox internet mağazalara və yaxud endirim kartlarından (hər bir kart unikaldır) istifadə edən mağazalara uyğundur.Bu halda kompüter sistemi müştərinin hansı məhsulları aldığını təyin edir və onun üçün xüsusi link yaradır.Bu həm satıcılar,həm də müştərilər üçün rahatdır.Müasir ticarət şəbəkələrində bunun üçün RFID texnologiyasından istifadə edilir.
Hədiyyələr:Hər kəs hədiyyələri sevir.Daimi müştərilərin dəstəklənməsi elementlərindən biri də müəyyən məbləğə alış-veriş etdikdən sonra hədiyyələrin təqdim edilməsidir.
Pulların qaytarılması:Bu üsulun mahiyyəti ondan ibarətdir ki,müştərilərə birbaşa endirim deyil, alış-veriş etdikdən sonra müəyyən müddətdən sonra məbləğin bir hissəsi qaytarılır.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN