Smart Məqsəd Necə Olur?

0
2955
Smart Məqsəd Necə Olur?

Qədim zamanlarda oğlan və qız şahzadə krallıqdan uzaqda yaşayırdılar.Bu kral uşaqlarına doğulandan 12 xüsusi hədiyyə verilmişdi.Krallıqda olan 12 müdrik pəri qadın oğlan və qız şahzadə dünyaya gələndə cəld  malikanəyə getdilər.Hər pəri kral uşaqlarına bir nəcib söz pıçıldayırdı.

Vaxt keçdikcə bu 12 müdrik pəri qadınlar  başa düşdülər ki,bu kral uşaqlarına deyilən hər bir söz dünyanın istənilən yerində və istənilən vaxtda doğulan bütün uşaqlara aiddir.Ancaq onlar bunu yaya bilmirdiklərinə görə çox qəmgin idilər,çünki bu yerin adət-ənənəsi buna icazə vermirdi.
Bir gün bu müdrik qadınlar toplaşıb belə bir ehtimal irəli sürdülər.Bir gün dünyada bütün uşaqlar onların bu nəcib vəsiyyətləri haqqında biləcəklər.Bir möcüzə olacaq ki,bu krallıqdan çıxıb bütün dünyaya yayılacaq.Həmin gün gəlib çatdı.Bu da həmin hamının bilməli olduğunuz sirr.
Sən doğulan anda və ilk nəfəsini alanda səmalardan  sənə 12 mükəmməl hədiyyə göndərilir.
1.Güc –bu birinci hədiyyədir.Sənin nə vaxt olur olsun ona ehtiyacın olanda çağıra bilərsən.
2.Gözəllik –bu ikinci hədiyyədir.Sənin əməllərin onun dərinliyindən gəlir.
3.Cəsarət-bu üçüncü hədiyyədir.Sən inamla danışırsan və hərəkət edirsən.Bunun üçün də öz yolunu cəsarətlə addımlayırsan.
4.Şəfqət-bu dördüncü hədiyyədir.Sənin özünlə və başqaları ilə mehriban olmağındır.Sən onda özünü də , başqalarını da səhv edəndə bağışlaya bilərsən.
5.Ümid-bu beşinci hədiyyədir.Hər ötən zamanla sən həyatın xeyirli tərəflərinə inanırsan.
6.Sevinc – bu altıncı hədiyyədir.O,sənin ürəyini daim açıq saxlayır və işıqla doldurur.
7.İstedad- bu yeddinci hədiyyədir.Sənin özünün xüsusi bacarığını kəşf etməyə kömək edir.Və sən onları dünyaya daha yaxşı çatdıra bilirsən.
8.Təsəvvür-bu səkkizinci hədiyyədir.O,sənin arzuların və nəzərlərin ilə qidalanır.
9.Pərəstiş-bu doqquzuncu hədiyyədir.Özünü və yaradılan bütün möcüzələri qiymətləndirirsən.
10.Müdriklik –bu onuncu hədiyyədir.Öz yoluna bələdçilik edirsən.Müdriklik sənə bilik vasitəsilə başa düşməyinə yönəldir.
11.Sevgi-bu on birinci hədiyyədir.Sən onu başqalarına verdikcə bu sənin içində daha da böyüyəcək.
12.İnam –bu on ikinci hədiyyədir.Özünə inan.
 
Indi sən özünün 12 hədiyyəni tanıdın.Ancaq bu müdrik qadınların bildiyindən də daha çoxdur.Öz hədiyyəndən yaxşı istifadə et və başqalarını da kəşf et.Sən bunlar içərisində daha unikal olacaqsan.Bu hədiyyələri başqa insanlarda da axtarın.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN