Digərlərinin Qalib Gəlməyinə Dəstək Olun

0
3098
 Digərlərinin Qalib Gəlməyinə Dəstək Olun

Bir neçə il əvvəl əqli və fiziki qüsurlu doqquz yarışçı 100m-lik qaçış xəttini qaçmaq üçün toplaşmışdılar.Atəş açılanda onlar qaçmağa başladılar.Onlar təkcə xətti keçmək üçün çox sevinclə qaçırdılar.Xətti tez qurtarmaq və qalib olmaq istəyirdilər.Ancaq oğlanlardan birinin ayağı büdrədi ,o yıxıldı və ağlamağa başladı.

Digər 8 nəfər onun səsini eşitdi.Onlar sürətlərini yavaşıltdı və geri çevrildilər.Onlar döndülər və ona yaxın getdilər.Daun sindromlu bir qız əyildi ,onu öpdü və dedi:”Bu onu daha yaxşı edəcək”.Bütün 9 nəfər qollarını bir-birinə dayadılar və finiş xəttini birlikdə keçdilər.Bütün stadion ayağa qalxdı və dəqiqələrcə onları alqışladılar.
 
Nəticə:Gəlin həyatı sevərək və digər insanlara qayğı göstərərək yaşayaq.Dünyada bundan daha dəyərli insan üçün heç nə ola bilməz.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN