Aslan Və Siçan

0
8369
Aslan Və Siçan

Bir aslan meşədə yatırdı.Bunu görən siçan onunla oynamağa başladı. Bu an aslan yuxudan ayıldı.O,qəzəblə siçanı tutdu və onu öldürmək üçün əzmək  istədi.
 
Siçan ona yalvardı ki,onu bu dəfə buraxsın,əvəzində  nə vaxt aslanın ona  ehtiyacı olarsa, kömək edəcəyinə söz verdi.Aslan ona güldü və onu buraxdı.
 
Bir gün aslan bir ovçu tərəfindən tora düşdü.O nərildəyir və ondan xilas olmağa çalışırdı,ancaq hamısı əbəs yerə idi.Siçan aslanın nəriltisini eşitdi və ora getdi.O,toru dişləri ilə kəsməyə başladı və beləliklədə  aslan xilas oldu.O,siçana çoxlu təşəkkür etdi.
 
Nəticə: Hər şeyin öz dəyərli qarşılığı vardı.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN