Əsla Vaz Keçməyin

0
14235
Əsla Vaz Keçməyin

Bir gün bir fermerin eşşəyi quyuya düşür. Bu acınacaqlı vəziyyətdə uzunqulaq bir saat anqırırdı,fermer də nə etməyi düşünürdü.Çarəsiz qalan fermer sonda bu fikrə gəlir ki , uzunqulaq onsuzda qocalıb işinə yaramır,quyudan da onu çıxarmaq mümkün olmayacaq,quyununda suyu çoxdan quruyub yaxşısı budur ki,mən quyunu torpaqla örtüm.O,qonşularını köməyə çağırdı.Hərəsi əlinə bir bel alıb gəldi və quyuya torpaq atmağa başladılar.Əvvəl uzunqulaq nə baş verdiyini anlamadı və daha da dəhşətlə bağırdı.Sonra o,birdən sakitləşdi və bu da hamının marağına səbəb oldu.Fermer əyilib quyuya baxdı və gördüyündən təəccübləndi.Uzunqulaq hər belinə tökülən torpağı silkələyirdi ki,belindən aşağı düşsün və ayağının altında o, torpağı tapdalamaqla yavaş yavaş yuxarı doğru qalxırdı.Fermerin qonşuları torpağı atmaqda davam edirdilər.Uzunqulaq isə onu hər dəfəsində belindən silkələyib aşağı salır və bir addım da yuxarı qalxırdı.

Sonda hər kəs eşşəyin quyudan çıxdığını görəndə təəccüb içində qaldı.
 
Nəticə:  Həyat sənə həmişə kürəklə torpaq atacaq.Bunun çıxış yolu onunla aşağı, bataqlığa getməməkdir.Biz hətta ən dərin quyulardan belə dayanmadan cəhd eləsək çıxarıq.Və heç vaxt əl çəkməyin.O torpağı aşağı tökün və ondan yuxarı qalxmaq üçün istifadə edin.   
 
Tərcümə etdi:Ülviyyə Salahova                 

ŞƏRH YAZIN