Öyrən Və Qazan

0
5955
Öyrən Və Qazan

Xuan və Cinq universiteti qurtarandan sonra bir topdan satış şirkətində işləyirdilər,onların hər ikisi çox səylə çalışırdı.Bir neçə il sonra müdir Cinqi satış meneceri vəzifəsinə ucaltdı,ancaq Xuan satış təmsilşisi vəzifəsində qaldı.Xuan bunu çox da yaxşı qəbul etmədi.Bir gün müdirə çox səylə çalışmağına baxmayaraq,ancaq ona yaltaqlananların vəzifəsini qaldırdığını dedi və istefa istədi.

Müdir bilirdi ki,Xuan keçən bu illər ərzində çox səylə çalışıb,ancaq o, Xuana onunla dostu arasında olan fərqi göstərmək istəyirdi.O,Xuandan bir şey etməyini istədi.Gedib marketdə qarpız satan kimisə tapa bilərsən?Xuan qayıtdı və bəli dedi.Müdir- ona get soruş gör qarpızın 1 kq neçəyədir?Xuan marketə getdi və qayıdıb dedi:1 kq 12$ dedi.
 
Müdir Xuana dedi,gəl eyni sualı Cinqə də verək.Cinq getdi və qayıdıb dedi:”Müdir,yalnız bir nəfər qarpız satan var.1 Kq 12$-dır.10 kq üçün 100$-dır.Onun 340 sayda qarpızı da var.Piştaxtanın üstündə 58 qarpız var və hər biri təxminən 15 kq-dır.Onları iki gün əvvəl cənub tərəfdən gətirib,hamısı təzə,qırmızı və yaxşı vəziyyətdədirlər.
Bu Xuana çox təsir etdi və o özü ilə dostu arasındakı fərqi anladı.O,işdən çıxmamağı və qalıb dostundan çox şey öyrənməyi qərara aldı.
 
Nəticə:Əziz dostlar,həyatda uğur qazanan insan daha çox müşahidə aparan,daha çox düşünən və dərindən anlayan insandır.Eyni fikrin davamı olaraq da deyək ki,daha çox uğurlu insan biz yalnız sabahı görərkən onun ən başından növbəti illəri görməsidir.Bir il və bir gün arasındakı məsafə 365 dəfədir.Sən necə qalib gələcəksən?
Fikirləş.Sən nə qədər uzaq görürsən həyatını?və nə qədər ən dərinindən fikirləşirsən?
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN