Pozitiv Düşüncə

0
6050
Pozitiv Düşüncə

Cery ele bir adam idi ki,sən ona nifrət edərək o səni sevərdi.O,həmişə şən əhval ruhiyyədə olardı və həmişə də pozitiv nəsə demək üçün sözü vardı.Əgər kimsə ,nə vaxtsa ondan necə olduğunu soruşsaydı o cavab verərdi:”Əgər mən bir az da yaxşı olsaydım,mən əkiz olardım”.

O,əvəzsiz bir rəhbər idi,çünki çox işçiləri vardı ki,onu restorandan restorana kimi izləyərdilər.Bunun səbəbi isə Cerinin daha yaxşı davranışının olması idi.O,əsl motivasiya qaynağı idi.Əgər hər hansısa işçinin nəsə bir problemi olardısa ,Cery ona həmin hadisəyə pozitiv tərəfindən baxmağı öyrədərdi.
 
Bütün bunları görmək mənim çox marağıma səbəb olurdu,ona görə də bir gün ona yaxınlaşdım və soruşdum.
- ”Mən bunu başa düşə bilmirəm .Sən gün boyu pozitiv insan ola bilməzsən.Sən onu necə edirsən?”
Cery cavab verdi:
- ”Mən hər səhər oyanıram və özümə bu sualı verirəm,Cery,bu gün sənin iki seçimin var.Sən yaxşı əhval ruhiyyədə olmağı da seçə bilərsən,pis əhval ruhiyyədə də olmağı  seçə bilərsən.Mən həmişə yaxşı əhval ruhiyyədə olmağı seçirəm.Həmişə nəsə pis bir şey baş verərsə,mənim iki seçimim olacaq.Ya həmin hadisəylə barışmalı oluram,ya da ondan nəsə yaxşı şey öyrənməli oluram.Mən ondan nəsə öyrənməyi seçirəm.Əgər kimsə mənə nədənsə şikayətlənmək üçün yaxınlaşsa,mən ya həmin şikayəti qəbul etməyi də seçə bilərəm ,ya da həyatın pozitiv tərəfini qeyd etməyi də seçə bilərəm.Mən həyatın pozitiv tərəfini seçirəm”.
- “Bəli,amma bu da asan deyil” mən etiraz etdim.
- “Bəli elədir”Cery dedi.”Həyat bütünlükdə daim seçimlərdən ibarətdir.Sən lazımsız şeyləri həyatından uzaqlaşdıranda,hər vəziyyətdə bir seçim olur.Sən həmin vəziyyətdə necə reaksiya verməyi seçirsən.Sən insanlar sənin əhvalına necə təsir göstərəcək onu seçirsən.Sən ya yaxşı əhval ruhiyyədə olmağı,ya da pis əhval ruhiyyədə olmağı seçirsən. Bu cümləni altından xətt çəkərək deyirəm.Həyatı necə yaşamağın sənin seçimindir”.
 
Mən Cerinin dediklərinə əks idim.Tezliklə mən restoran işini buraxdım və şəxsi  işimə başladım.Biz əlaqəni itirdik,ancaq mən nə zaman seçim qarşısında qalsaydım onun dedikləri haqqında fikirləşirdim.Bir neçə il sonra mən eşitdim ki,Cery heç vaxt restoran işində eşitmədiyim bir şeyi etdiyini eşitdim.Bir gün səhər o,arxa qapını açıq saxlayır və bu zaman üç silahlı oğru tərəfindən tutulur.Ondan seyfi açmağı tələb edirlər.Seyfi açanda onun əli həyacandan titrəyir.Bu zaman o sürüşüb yıxılır.Oğrular panikaya düşür və ona atəş açırlar.Xoşbəxtlikdən Cerini tez tapırlar və onu tez tələsik yaxınlıqdakı xəstəxananın travma mərkəzinə yerləşdirirlər.18 saatlıq əməliyyat və davamlı müalicədən sonra Cery bədənində yara izləri ilə xəstəxanadan azad edilir.Mən Cerini bu bədbəxt hadisədən altı ay sonra görürəm.Mən onu görüb necə olduğunu soruşanda o cavab verd ki:
- ” Əgər mən daha da yaxşı olsaydım əkiz olardım.Mənim çapıqlarımı görmək istəyirsən?”
Mən onun yaralarına baxmaq fikrindən daşındım ,ancaq ondan oğruluq baş verəndə ağlından nə keçdiyini soruşdum:
- ”Birinci mənim ağlımdan keçdi ki,gərək mən arxa qapını bağlayaradım.Sonrası da mən döşəmədə uzananda mənim iki seçimim olduğu ağlıma gəldi.Ya mən yaşamağı,ya da ölməyi seçməli idim.Mən yaşamağı seçdim”Cery dedi.
- “Sən qorxmadın?Huşunu itirmədin?” mən soruşdum.
Cery davam etdi:
- ”Onlar mənə həmişə yaxşı olacağımı deyirdilər.Ancaq bir gün məni təkərli arabayla çıxış otağına aparanda,mən həkimlərin və tibb bacılarının üzündə “Bu adam artıq ölmüş kimidir”ifadəsini gördüm.Onların gözlərindəki bu ifadəni oxuyandan mən həqiqətən qorxdum.Mən bilirdim ki,həmin an nəsə hərəkət etməli idim”.
“Bəs sən nə etdin?” mən soruşdum.
“Orda böyük,güclü mənə qışqıraraq sual verən bir tibb işçisi vardı”Cery dedi.O məndən soruşdu:
- ”Nəyəsə qarşı allergiyanız var?”
- “Bəli”mən cavab verdim.Həkimlər və tibb bacıları bu cavabı gözləyirmiş kimi işlərini dayandırdılar.Mən dərindən nəfəs aldım və qışqıraraq dedim.”Güllələrə”Onlar onda güldülər və mən onlara dedim:”Mən yaşamağı seçirəm.Məni əməliyyat edin,sanki mən canlı adamam,ölü yox”.
Cery həm həkimlərin səylərinə görə ,həm də özünün heyrətamiz səylərinə görə yaşadı.Mən ondan öyrəndim ki,bizim hər gün həyatımızı dolu-dolu yaşamaq üçün seçimlərimiz var.Düşüncə hər şeydir.
 
İndi gəlin bir anlıq seçim edin.Sən sabahkı gününə necə başlayacaqsan.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN