Az Sərmayə ilə Başlanacaq Qazanclı İş İdeyaları

0
1871
Az Sərmayə ilə Başlanacaq Qazanclı İş İdeyaları

Tokio yaxınlığında bir Samuray yaşayırdı .O,artıq qocalmışdı və öz sənətinin  sirlərini gənclərə öyrətmək qərarına gəlmişdi.Bir gün qəddar biri kimi tanınan döyüşçü bura şəhərə gəlib çıxır.Gənc və səbrsiz olan bu döyüşçü heç vaxt döyüşlərində uduzmamışdı.O , Samurayın nüfuzuna bələd idi.O, bura onunla döyüşüb məğlub etməyə gəlmişdi və bununla da öz şöhrətini bir az da  qaldırmaq istəyirdi.

Bütün tələbələr buna qarşı idi ,ancaq qoca Samuray bu dəvəti qəbul etdi.Bütün camaat şəhərin meydanına toplaşır və gənc adam qoca adamı təhqir etməyə başlayır.O,qocaya tərəf daşlar tullayır,üzünə tüpürür,hətta qocanın əcdadlarını da təhqir edirdi.
 
Saatlar keçdikcə gənc qocanı təxribata sürükləmək üçün əlindən gələni edirdi,ancaq qoca elə hərəkətsiz dayanmışdı.Günün sonunda özünü yorğun ,təhqir olunmuş və pərt edilmiş hiss edən döyüşçü oranı tərk etdi.
 
Bu hadisəni görən qocanın tələbələri soruşdu:
- ”Sən bu həqarətlərə necə dözə bildin?Döyüşü udazacağını bildiyin halda sən niyə ona heç nə demirdin?Bizim hamımızın qarşısında qorxaqlığını niyə göstərdin?
- “Əgər kimsə sənə hədiyyə gətirsə və sən onu qəbul etməsən hədiyyə kimin olacaq onda?”deyə Samuray soruşdu.
- “Kim gətirib onun”şagirdlərindən biri dedi.
- “Bu qəzəb,həsəd və həqarətlə də eynidir” usta dedi.”Onları qəbul etməyəndə,onlar onu gətirənə aid olmağa başlayırlar”.
 
Nəticə :İnsanlar getdikcə daha da təcrübəli olurlar.Bu təcrübəniz nəticəsində siz öyrənəsəksiz ki,qəzəbli insanlar heç vaxt  qalib gəlmirlər və daha tez əldən düşürlər.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN