Səyyahlar Və Çinar Ağacı

0
5984
Səyyahlar Və Çinar Ağacı

İki adam yay günündə gəzişirdilər . Tezliklə  uzağa getmək üçün hava daha da isti oldu . Onlar bir ağac gördülər və onun kölgəsində istirahət etmək üçün özlərini onun altına atdılar . Ağacın budaqlarına baxdıqdan xeyli sonra biri digərinə dedi :

"Bu necə də faydasız ağacdır . Onun heç bizim yeməyimiz üçün nə bir meyvəsi , nə də bir qozası var , biz hətta onun odunundan heç nə üçün də istifadə edə bilmərik " .
 
" Çox da bele naşükür olma " cavabında ağac xışıldadı . Mən indi sənin üçün son dərəcə faydalıyam , çünki səni qızmar günəşdən qoruyuram . Və sən məni heç nə üçün faydasız adlandırma ".
 
Nəticə : Allah yaratdığı hər şeyi bir məqsədlə yaradıb . Biz heç vaxt Allahın bu xeyirxahlığını görməzdən gəlməməliyik .
 
 
Tərcümə etdi : Ülviyyə Salahova 

ŞƏRH YAZIN