Susamış Qarğa

0
5018
Susamış Qarğa

Çox isti bir gündə qarğa tarlaların üzərindən su axtararaq uçurdu.Çox axtardıqdan sonra o,heç nə tapmadı.O,özünü çox yorğun hiss edirdi və bütün ümidini də itirmişdi.Birdən o ağacın altında su bardağı gördü.O,tez ora uçdu ki,görsün içində su varmı.Bəli,bardağın içində bir az su vardı.

Qarğa ha çalışdı ki,başını bardağa salıb su içsin,ancaq qabın boğazı dar olduğundan edə bilmədi.Sonra qarğa istədi ki,bardağı əyib suyunu içsin,ancaq o da çox ağır olduğundan alınmadı.
 
Qarğa bir müddət fikrə getdi.Bu zaman ətrafında çoxlu xırda daşlar gözünə dəydi.Onun ağlına gözəl bir fikir gəldi.O,daşları bir-bir yerdən götürdü və onu su bardağının içinə saldı.Daşlar çoxaldıqca,suyun da səviyyəsi qalxırdı.Beləliklə də su istənilən qədər qalxdı,qarğa doyunca sudan içdi.Onun planı işə yaradı.
 
Nəticə: Fikirləşin və əzmlə çalışın,bununla istənilən problemin həllini tapacaqsız.
 
Tərcümə etdi: Ülviyyə Salahova
 

ŞƏRH YAZIN