Yaşa Və İşlə

0
6017
Yaşa Və İşlə

Ata ailəsini dolandırmaq üçün öz çörəyini qazanan zəhmətkeş bir insan idi.İşdən sonra bütün gecəni dərslə məşğul olurdu.Çünki o,gələcəkdə daha yaxşı qazanclı bir iş tapmaq istəyirdi.Bazar günlərindən başqa,Ata ailəsi ilə birlikdə yemək yeməyə belə çox az vaxtı olurdu.O,oxuyurdu və işləyirdi,çünki o,ailəsini istədikləri şeyi ala biləcək imkana malik olmaqla təmin  etmək istəyirdi.

Nə vaxtsa ailəsi ona onlarla kifayət qədər vaxt keçirmədiyinə görə şikayətlənsəydi ,o,hər şeyi onlar üçün edir deyərək fikir yürüdərdi.Ancaq Ata ailəsi ilə daha çox vaxt keçirə bilmədiyi üçün  kədərlənirdi.

İmtahan nəticələri açıqlanan gün gəlib çatdı.Xobəxtlikdən,Ata imtahandan keçmişdi,özü də fərqlənmə ilə.Tezliklə ona yaxşı gəlirli baş rəhbər işi təklif edildi.

Xəyalı gerçək olmuşdu.Atanın indi ailəsini gözəl paltar,dadlı yemək ,xaricdə istirahət kimi kiçik lüks həyatla təmin etməyə imkanı vardı.

Halbuki ailə yenə də Atanı həftənin çox hissəsi görmürdü.O,yenə də çalışmağına davam edirdi,çünki indi o,müdir vəzifəsinə ucalmaq istəyirdi.Düzdür o,bu vəzifəni əldə etmək üçün layiqli namizəd olmağa can atırdı.O,başqa bir universitetdə də dərs deyirdi.

Yenidən nə vaxtsa ailə yenə də ona onlarla çox vaxt keçirmədiyinə görə şikayətlənsəydi,Ata hər şeyi onlar üçün edir səbəbini göstərərdi.Ancaq o,ailə ilə daha çox vaxt keçirmək istəyirdi.

Atanın inadla çalışmağı sona çatdı və vəzifəsində ucaldı.Sevinclə,o,ev işlərindən arvadını azad etmək üçün bir xidmətçi işə götürmək qərarına gəldi.Həmçinin də gördü ki,bu üç otaqlı mənzil onun ailəsi üçün kifayət deyil.Onun ailəsi üçün daha rahat və hər şeyi ilə təmin edilmiş bir ev daha xoş olardı.Əvvəllər dəfələrlə öz zəhmətkeş işinə görə mükafatlar alsa da ,Ata sonrakı təhsili üçün də qərara gəldi və vəzifəsində ucalmaq üçün yenidən çalışmağa başladı.Ailəsi yenə də Atanı çox görə bilmirdi.Bəzi vaxtlar Ata istirahət günlərində də kaprizli insanlarla işləmək məcburiyyətində qalırdı.Yenidən ailəsi ona onlarla çox vaxt keçirmədiyindən şikayətlənsəydi, o,yenə də eyni səbəbi göstərirdi.

Gözlənildiyi kimi,Atanın bu gərgin işi də sona çatdı və Sinqapur sahilində gözəl mənzərəli bir mülk aldı.Yeni evində birinci bazar günündə,bir daha dərs götürməyəcəyini və vəzifədə ucalmaq üçün çalışmayacağını elan etdi.Bundan sonra o vaxtının çox hissəsini ailəsi üçün həsr edəcəkdi.

Ata növbəti gün yuxudan ayılmadı.

Nəticə:Biz ailəmiz və sevdiklərimizlə  daha çox vaxt keçirməyə çalışmalıyıq.İşimiz bizə sevdiklərimi əvəz edə bilməz

 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN