Munis Şərifov çoxlarının musiqisinə heyran olduğu sənatkar.

0
2959
Munis Şərifov çoxlarının musiqisinə heyran olduğu sənatkar.

Həyat onun üzünə hər zaman gülməyib.Dünyanın hər üzünü gördüm deyir bu gün ki musahibimiz, kamanı danışdıran sənətkar Munis Şərifov. Qədim xalq ansanbılının rəhbəri bir çox unudulan musiqi alətlərini yenidən ifa edərək tamaşaçıya sevdirən musiqiylə nefəs alan qonaqimizla söhbətimizi sizə təqdim edirik.
 
Munis Şərifov çoxlarının musiqisinə heyran olduğu sənatkar.Sənətinizdə neçə oldu ki,bu qədər uğur qazana bildiz?
Uğurlarım üçün valideynlərimə, vətənimə, xalqıma, dövlətimə borçluyam.Həmçinin qədim tarixə  adət ənənəyə  zəngin mədəniyyətə malik Azərbaycana .Məndə sevərək başladım bu sənətə yiyələnməyə.Bu günə qədər çox keşməkeşli yollardan keçdim.O, qədər yıxıldım əlimə ayağıma daş dəydi tikan batdı.Buna baxmayaraq heç bir zaman yorulmadım,dahada həvəslənib irəli getmək üçün çalışdım zəhmət çəkib öyrəndim.Çalışdım ki,bütün dünya musiqisin öyrənərək Azərbaycan müsiqisinə gətirim amma bir şərtlə,Azərbaycan müsiqisin dəyişməmək şərtiylə müsiqimizi zənginləşdirərək.Seyyid Peyğəmbər nəslindənəm.Ağdaş musiqi məktəbin bitirdikdən sonra Asəf Zeynallı adına musiqi texnikumunu və o dövrdə ki dövlət konservatorıyasını bitirdim.Əsgəri xidmətə gedib gəldikdən sonra uzun müddət bizim gözəl sənətkarımız İslam Rzayevin ansanbılında fəaliyyət göstərdim.Kollektivlərlə sıx əmakdaşlıq etdim.Ən çox solo karyeramı inkişaf eletdirdim. Asəf Zeynallı adına musiqi texnikumunda və konservatoriyasında mənə 9 il bizim gözəl sənatkarımız Xalq Artisti Şəfiqə Eyvazova dərs deyib.Dahi ustadımız Habil Əliyevdə Ağdaşdandı.Kamançaya gələndə onun ifasına heyran olduğum üçün gəldim.Sonra elə oldu ömrümü bu sənətə bağladım.Çox çətinlik və zəhmətlə bu yerə gəldim.Bu gün mən Azerbaycan Respublikasının xalq artistiyəm.Qədim musiqi alətləri ansanbılının bədii rəhbəri,Azərbaycan milli konservatoriyasının dossentiyəm. Prezident mükafatıçısıyam.Dünyada bir neçə musiqiylə bağlı üniversitetlərin fəxri profesorluğunu almışam.Dünyanın hər tərəfində konsertlərdə bir alətşünas ekspert kimi böyük konfranslarda iştirak etmişəm.Mənə xoşdu ki, artiq dünyada bu işlə məşğul olanlar məni tanıyır cəkdiyim zəhmətin qarşılığın görürəm.Dövlətimizdə xalqımızda məni hər zaman qiymətləndirib əziz tutub.Buna görədə xalqımıza,dövlətimizə,valideynlərimə minnətdaram.Məndə çalışmışam xalqıma layiq insan kimi özümü göstərim.Sevinirəm ki azda olsa ,nəsə eləmişəmsə buna görə qurur hissi duyuram.Ömrümün axırına qədər xalqımıza,sənətimizə,musiqimizə xidmət eləməyi özümə borc bilirəm.
 
Həyatda bizə dəstək olan insanlar olduğu kimi mənfi düşüncəli problem yaratmağa çalışan insanlarda var sizin bu insanlar haqqında düşüncələriniz nələrdir?
Həyatı boyu mənə köməklik edən insanlar olub.Olara hər zaman minnətdaram.Əlbəttə ki bu keşməkeşli yolda qısqanclıqla yanaşanlar  paxıl qəlbli insanlar çox olub.Bu təbiidir dünya durduqca bu insanlar var.Bunlar məni hec vaxt sarsıtmıyıb.Bir misal var bar gətirən ağaca daş atan çox olar.Paxıllar insana stimul verir həmçinin paxıl olmasa irəliləmək olmaz.Nə qədər paxıllıq olunursa insana güc enerji gəlir ki,mən dahada böyük işlər görüm o bəlkə islah ola. Hər zaman mübariz olmuşam çalışmışam ki, bu maniyələri çox həvəslə gəlim keçim.İnsan mübariz olmasa həyatda heç nəyə nail ola bilməz.
 
Son olaraq bizim oxuculara,gənclərə nə kimi tövsiyyələriniz var?
Gənclərə arzum birinci bizim özümüzü öyrənsinlər.Öz xalqımızın mənşəyini,tariximizin zənginliyini öyrənsin.O birilərin bilsədə olar bilməsədə.Çünki hər bir dahi şəxsə onun orjinalığına görə qiymət verirlər.İnsan orjinal olanda gözəl olur.Dahi mövlana deyir ki,ya göründüyün kimi ol yada olduğun kimi görün.Gənclərə uğur arzuluyuram həyatda. 
 
Babazadə Türkanə
 

ŞƏRH YAZIN