Arzuları Hədəflərə Necə Çevirmək Olar

0
2769
Arzuları Hədəflərə Necə Çevirmək Olar

Arzularımız hədəflərimizə işıq salan fənər kimidir. Hər birimizin həyata keçməsini çox istədiyimiz böyük və yaxud kiçik arzular var. 

 
Hətta çoxumuzun arzularla bağlı müxtəlif inancları var. Kimimiz adaşların əlindən tutanda, kimimiz gözümüzdən düşən kipriyin hansı tərəfdə olduğunu tapanda, kimimiz elektron saatın rəqəmləri eyni olanda, kimimiz də doğum günü şamını üfürəndə arzu tuturuq. Yatmamışdan əvvəl qurulan xəyalları yəqin deməyə ehtiyac yoxdur. Bir çoxumuzun arzuları qarşılaşdığımız çətinliklərə görə arzu olaraq da qalır. Arzularımızın həyata keçməsi üçün onları hədəf kimi görməliyik.
 
Yaxşı bəs hədəfə çatmaq mümkündürmü?
 
Mümkündür! Sadəcə indiki vəziyyətdən arzulanan vəziyyətə gedən yolda müəyyən aşırımları keçmək lazımdır. Aşırımı keçmək üçün bizim müəyyən resurslara ehtiyacımız var. Uzun körpü kimi düşünün bir dağdan o biri dağa keçmək üçün salınmış, filmlərdə gördüyümüz o məşhur körpülər. Hansı ki, yolun ortasında bir taxta belə əksik olsa yıxılma ehtimalı var. Əksik taxtanın yeri boş qalsa yolumuza davam edə bilmərik. Düşünün o körpü bizim indiki vəziyyətimizdən arzulanan vəziyyətimizə gedən körpüdür. Körpünün üstündəki hər taxta bizim resurslarımızdır. Eyni şəkildə  körpüdə çatışmayan “taxta”lar olacaq. İnsanlar çatışmayan resurs yarada bilmə bacarığına sahibdirlər.  Beləliklə “taxta”ları düzgün şəkildə düzüb hədəfimizə rahatlıqla çata bilərik.
 
Hədəfdən danışırıqsa NLP-dən misal çəkməsək olmaz. NLP, yəni Neyro Linqvistik Proqramlaşdırma uğura daha tez çatmaq üçün yaradılmış  elm və sənətdir. NLP-yə görə uğursuzluq yoxdur sadəcə nəticələr vardır və bir şeyi bir insan edibsə, onu hərkəs edə bilər. 
 
NLP nin uğur üçün 4 prinsipi var:
 
1)Nə istədiyimizi bilməliyik. Hədəfimiz konkret olmalıdı. Biznes quracam kimi yox, nə biznesi quracam kimi düşünməliyik. Nə istədiyimizi bilsək əlimizdə bizə yolu dəqiq göstərən naviqatorumuz olacaq.
 
2)Hərəkətə keçin. Hədəfinizi tam təyin etdikdən sonra dərhal fəaliyyətə başlayın. Əgər addım atmasaq hədəfimiz arzu olaraq qalacaq və həyatımızın qalan hissəsini nələri isə arzulayaraq keçirəcəyik.
 
3)Ayıq olmalıyıq. Yəni hər pillədə işlərimizin düzgün getdiyinə əmin olmalı və kontrolu əlimizdə saxlamalıyıq. Əgər ayıq olmasaq hədəflərimizin bizdən uzaqlaşdığını və ya yaxınlaşdığını fərq edə bilmərik.
 
4)Elastik olmalıyıq. Hədəfə gedən bu yolda qarşımıza çətinliklər çıxacaq.Təbii ki bu çətinliklərlə mübarizə aparmalıyıq.Əgər bu mübarizə bizi gecikdirirsə və işimizi dahada çətinləşdirəcəksə elastik olun. Yəni B planına keçin. Yoxdursa yaradın.
 
Bütün uğurlu insanlar bu prinsiplərə şüuri və qeyri şüuri əməl edənlərdirlər.
Hədəflərinizi kiməsə demək və ya deməmək  məcburiyyətində deyilsiniz. Bu sizin öz seçiminizdir. Əsas odur ki, onları dəqiq biləsiniz və yuxarıdakı prinsiplərə əməl edəsiniz.
 
Ülvi Əlimərdanov
NLP Master
 

ŞƏRH YAZIN