Əsl liderə xas olan əlamətlər

0
3515
Əsl liderə xas olan əlamətlər

 Sizcə müvəffəqiyyət nədir?


Müvəffəqiyyət sözünün mənası əldə olunan nailiyyət, bacarılan iş, uğur deməkdir. 

Bəzi insanlar müvəffəqiyyəti tərif etməkdə bəzən çətinlik çəkirlər. Amma halbuki, onu öz sözləri və təcrübələrinə əsasən tərif etməyi hər kəs bacarmalıdır. Çünki müvəffəqiyyətin nə olduğunu, necə olduğunu ifadə bilmirsinizsə, o zaman müvəffəqiyyətli olma şansınız da yoxdur deməkdir. 

Müvəffəqiyyət deyincə, hər kəsin ağlına fərqli şeylər gəlir. Müvəffəqiyyət hər kəsə görə fərqli məna daşımalıdır ki, hər kəs öz tərifinə görə, müvəffəqiyyət əldə edə bilsin. Əks halda, hər kəs eyni şey üçün səy göstərər və böyük bir xaos yaranardı. Öz müvəffəqiyyətini yalnız siz tərif edə bilərsiniz. Çox insan üçün uğur meyarları eynidir; əsasən, yaxşı maddi gəlir gətirən bir karyera, böyük bir ev, son model avtomobil, kənarda yığılmış pul və s.

Pul müvəffəqiyyət deməkdir?

Müvəffəqiyyətlə bağlı edilən təriflərdən ən çox yayılanı və ən yalnış olanı da demək olar ki, eynidir; uğurun pul ilə yanaşı tutulması. Bir çox insan pul yığdığı zaman uğurlu olacağına inanır. Halbuki, zənginlik öz-özünə xoşbəxtlik və ya uğur gətirməz. Əgər uğuru xoşbəxtliklə ölçülməməlidir. Çünki maddi varlığımız bizi xoşbəxt etməyə yetməyəcəyi üçün, uğurlu da etməz. Uğur həqiqətdə bir yanaşmadır.

Kiməsə görə uğur insanın etməyi beyninə qoyduğu şeyləri edə bilməyi və həqiqətən fərq yaradan bəzi şeyləri yarada biləcəyini özünə və başqalarına sübut etməsidir. Bir yerdə sahib olduqlarımızın dəyərini bilib, sahib ola bilmədiklərimiz üçün üzülmədiyimiz zaman uğurlu sayılarıq. Əgər sizin də hələ bir uğur tərifiniz yoxdursa, bir tərif üzərində düşünməklə işə başlamalısınız. Əgər uğurlu olmaq istəmirsinizsə, o zaman uğuru tərif etməyə heç ehtiyac da yoxdur. Boş verin getsin...

Müvəffəqiyyət bəzi insanlar üçün hər zaman əlçatmazdır, nə edirlərsə etsinlər özlərini heç bir zaman müvəffəqiyyətli hesab etməzlər. Nə qədər çox qazanırlarsa qazansınlar, müvəffəqiyyətin onlar üçün nə ifadə etdiyini bilmədikləri üçün müvəffəqiyyətin dadına da çata bilməzlər.

Keçmişə nisbətlə, bu gün insan inkişaf etməyə, dəyişməyə və nail olmağa daha çox ehtiyac duyur. Şərtlər artıq çox sürətli dəyişir. Dəyişikliyə ayaq uydurmağı bacarmalısan. Bu gün ən asan günü yaşayırıq; hər keçən gün bir az daha çətin olacaq. Bəhanələrə bürünməyin, ağlamağın bir faydası olmadığını da acı təcrübələrlə yaşadıq və müvəffəqiyyət yolunda özümüzü tək qoyduq. Əlbəttə müvəffəqiyyətə öz-özümüzə çatacağıq. Ancaq bu yolda gedərkən yanımızda olan hər kəs, əslində müvəffəqiyyətimizdə bir faktor, bir köməkçidir.

Müvəffəqiyyətə ehtiyacımızın insani təməl ehtiyaclar səviyyəsinə yüksəldiyi bu günlərdə əslində hamımız müvəffəqiyyətli olmaq istəyirik. Müvəffəqiyyətli olduğumuzu düşünmədiyimiz zaman da depressiya ilə üzləşirik. Bu səbəbdən də müvəffəqiyyətin arxasınca inkişaf, inkişafın arxasınca da dəyişiklik doğulur. "Müvəffəqiyyətə ehtiyacım var" deyə bilərsiniz. Müvəffəqiyyəti anlamaq və yaşamaq bu nöqtədə fərdi inkişafla daha asanlaşır. Fərdi inkişaf üsulları, hər sahədə olduğu kimi yaşadığımız reallığın fərqində olmağımıza kömək olur. Sanki, yaşadığımız hər anın, hər duyğunun bizə mənasını qazandırır. Fərqi inkişaf üsulları ilə əldə etdiyimiz müvəffəqiyyətin fərqinə varırıq. Bu üsullardan ən təsirlisi NLP-dir.

NLP nədir?

1. NLP, bir üsuldur

Hər davranışın bir quruluşu vardır. Bu quruluşu öyrənə bilər, dəyişdirə bilər və modelləşdirə bilərik. Duyğularımızla da hansı davranışın faydalı və təsirli olduğunu anlaya bilərik. NLP özümüzün və başqalarının dünyanı necə qəbul etdiyini açıqlayır. Hal-hazırda dünyadakı ən inkişaf etmiş üsuldur.

2. NLP bir davranış formasıdır

Maraq və macəra duyğuları tərəfindən formalaşdırılmışdır. Həyata nadir rast gəlinən bir öyrənmə fürsəti olaraq baxar. Öyrənməyi təsirli edər. İnsanları təsir ünsiyyət formaları və nələrin öyrənməyə dəyər olduğu mövzularında ustalaşdırar.

3. NLP bir texnologiyadır

NLP istənilən nəticələri reallaşdıracaq düşüncələri, sistemləri və texnikaları təklif edir. NLP insanın hisslərini və məlumatlarını arzu edilən möcüzəvi müvəffəqiyyətə çatmaq üçün təşkil edər.

4. NLP bir elmdir

Çünki NLP-ni meydana gətirən bir çox iş uzun sürən araşdırmalar nəticəsində ortaya qoyulmuşdur.

5. NLP bir sənətdir

Mükəmməliyi əldə edən insanların o nəticələrə necə çatdığını modelləşdirən bir ustalıq işidir.

Davranış dəyişikliyi təsadüfən ortaya çıxmaz. Eyni zamanda hədəfləriniz üçün hərəkətə keçmək də əhəmiyyətlidir; çünki insan səy göstərmədiyi müddətcə heç bir şey baş vermir. 

Bir düşünün, duş alarkən ağlınıza bir çox fikir gəlir. Bəlkə də o fikirlər sizi milyarder edəcək dəyərdədir; amma hərəkətə keçmədiyiniz üçün heç bir mənası yoxdur. Duşdan çıxdıqdan sonra o fikirlər üçün hərəkətə keçməzsiniz. Qısacası NLP həyatdan istənilən nəticələrin əldə edilməsi üçün düşünmə, müşahidə və hərəkət üzərinə quruludur.

Hədəfi bilmək çox əhəmiyyətlidir. İnsanların çoxu şüurlu hədəflərə sahib deyil. Bəziləri isə, nə istədiklərini deyil, yalnız nə istəmədiklərini bilirlər.

Sabah at yarışlarına getdiyinizi, bir ata 10AZN yatırdığınızı və qazanmaq üçün qatıldığınızı fərz edək. Böyük ehtimalla, siz yarışdakı ən sürətli atı seçməyə çalışırsınız. Bu yalnız bir təxmindir, atlardan (bu mövzuda heç bir məlumata da sahib olmadığımızı fərz edək) anlayan birindən məlumat alır; meyarları, faizi, əvvəlki yarış nəticələrini, nəticədə əldə etdiyiniz hər məlumat qırıntısını dəyərləndirərsiniz. Haqsızam? Bu vaxt nə etməyəcəyinizi deyirəm:

Oradakı kassaya yaxınlaşıb xidmət göstərən şəxsə: "Mən çox mərhəmətli biriyəm. Bildiyiniz yazığ bir at var? Heç qazanma şansı olmayan bir at. O atın üzərinə 10 AZN yatıracağam. O ata pul yatırıb atın əhvalını yüksək tutmaq istəyirəm. Yazığ atın özünü yaxşı hiss etməsinə köməkçi olmaq istəyirəm. Sadəcə ata birinin ona inandığını göstərmək istəyirəm." deməzsiniz. Sizə də təəccüblü gəlmir?

Bu hekayəni oxuyan insanlar, "Hansı axmaq itirəcək yazığ bir at üzərinə pul yatıra bilər?" deyə düşünür.

Həqiqətən də, ən yavaş ata pul yatırtmaq qədər axmaq bir fikir ola bilər? Amma insanlar bunu həyatlarında həmişə edirlər. Hədəflərimizə gedərkən hamımız bunu edirik. Həmişə qazanmamaq üzərinə oynayaraq... Hədəfimiz üçün lazım olan borcu ödədiyimiz halda, hələ "görəsən", "birdən alınmasa"nın hesabını edirik...

NLP ilə Müvəffəqiyyətin Açarları

1. Nə istədiyinizi bilmək
2. Dərhal hərəkətə keçmək
3. Fərqinə varmaq
4. Hədəfə çatana qədər davranışınızı dəyişdirə bilmək yəni, arxasından getdiyiniz hədəflər üçün elastikliyə sahib olmaq.

ŞƏRH YAZIN