Missiyanızın Kəşfinə Çıxın ( I Hissə )

0
2198
Missiyanızın Kəşfinə Çıxın ( I Hissə )

 İlk dəfə "Apollo"nun aya səyahətini izlədiyinizi xatırlayırsınız? 1969-cu ildə çəkdikləri şəkilləri hamımız gördük: Neil Armstrong ayda gəzir. Necə də möhtəşəm bir uğurdur!


Kennedinin başlatdığı kosmos proqramından öyrəndiyimiz ən əhəmiyyətli şey ay haqqında deyil, dünya haqqında idi. Dünyamızın kosmosdan necə göründüyünün televiziyadakı görüntüləri gözümüzü açdı və o kameraların arxasındakı kosmonavtların səsini eşitdik.

Kosmosa səyahəti zamanı "Apollo 9" astronavtı Russell Schweickart planetimizi bir bütün olaraq gördü. Bunun ona bütün həyat formalarının bir-birlərinə olan asılılığı haqqında son dərəcə fərdi bir dünyagörüşü qazandırdığını söyləmişdir. Planeti qucaqlaması onun dünyagörüşünü sonsuza qədər dəyişdirmişdir. O bunu missiyası sayəsində edə bilmişdi. O missiya ki, ona bütün həyatının ən gözəl duyğularını yaşatmışdı. O missiya ki, onun yorulmadan çalışmasına, öyrənməsinə, hər gün daha da yüksəlməsinə yardımçı olmuşdu.

Bəs missiya nədir??

Missiya - sizi gələcəyə doğru aparan bir məqsədinizin olduğu hissdir. İnanclarınızı, dəyərlərinizi, hərəkətlərinizi və mənliyinizi bir dam altında toplayır. Müxtəlif maraq sahələriniz, arzularınız və məqsədləriniz liflərdən hörülmüş bir parçadır. Bəzən böyük, əhatəli, hətta əzəmətlidir. Hər şeydən əvvəl missiya əyləncəli bir şeydir. Missiyanızı yaşayarkən, "Səhər yataqdan elə böyük bir həyəcanla dururam ki, nahar belə edə bilmərəm." deyən Stiven Şpilberq kimi davranmağa başlayarsınız.

NLP uğur qazanmaqda usta olan insanların düşüncə və davranışlarının araşdırılmasıdır. Yüksək səviyyələrə çatan insanların diqqətəçarpan xüsusiyyətlərindən biri, həyatlarını məqsədli bir şəkildə yaşamaları və onlara istiqamət verən bir missiyaya sahib olmalarıdır. Bu, müvəffəqiyyətli insanlar ilə müvəffəqiyyətsiz insanlar arasındakı əsas fərqdir.

Missiya sahibi olan insanlar qabiliyyətlərini inkişaf etdirməyə fokuslanarlar. Yorulmaq bilmədən, Michelangelonun təbiriylə desək, "Müqəddəs bir güc yaradan vəhşi arzularını istifadə edərək bədənlərindəki bütün sinir hüceyrələri ilə" missiyalarını reallaşdırmağın arxasınca qaçarlar. Bunu günlərcə edərlər və etməkdən də böyük zövq alarlar. Bunu siz də edə bilərsiniz.

Əksəriyyət insan bir missiyaya sahib deyil. Bunun yerinə bir işləri və ya karyeraları vardır. Məktəbə "gedərlər", işə "gedərlər". İnsanların işlərini necə qəbul etdiyi ilə bağlı edilən klassik bir araşdırma belə bir nəticə ilə yekunlaşıb:

Çox insanın bəlli etməsələr belə, işləri ilə bağlı narazılıqları vardır. Müxtəlif sahələrdə çalışan müxtəlif insanlar arasında aparılan araşdırma zamanı bu qənaətə gəlinib. Bir qaynaqçı işini görərkən, özünü bir maşın kimi hiss edir. Bir bank işçisi, qəfəsdə olduğunu zənn edir. Bir maniken özünü bir əşya kimi hiss edir. İmmiqrant bir işçi isə, sadəcə fermada istifadə olunan vasitələrdən daha dəyərsiz olduğunu düşünür. Müxtəlif təbəqələrdən müxtəlif insanlar eyni sözü deyirlər: "Mən bir robotam" 

 İnsanların işlərindən məmnun olmamaları həyatlarının bölünməsinə gətirib çıxarır. Zamanlarını həyatlarını qazanmaq üçün etmək məcburiyyətində olduqları və yaxşı vaxt keçirmək üçün etmək istədikləri şeylər arasında ikiyə bölürlər. Bölünmüş həyat ibtidai məktəb illərində dərs vaxtı ilə və boş vaxtın bölünməsi ilə başlayır. İş həyatı boyunca davam edir və ancaq təqaüdçü olduqda sona çatır.

Halbuki uğurlu insanlar iş/asudə zaman ayrı-seçkiliyini tamamilə geridə qoyublar. Sevdikləri şeyi edərlər və etdikləri şeyi də sevərlər. Nora Watson bunu çox gözəl ifadə etmişdir: "Əksəriyyət insanın etdiyi iş ruhuna dar gəlir. İşlər insanlara görə kifayət qədər geniş deyil. Məqsəd, hədəf, missiya... adı hər nədirsə, onu kəşf edənlər həyatlarını davam etdirmək üçün çox təsiredici bir səbəb taparlar."

Sizdə sizi, həvəslərinizi oyandıra bilən və içinizi xoş edərək özünə doğru çəkən bir missiya tapmalısınız. Əgər bunu etsəniz, səhərlər böyük bir həyəcanla oyanarsınız; hər yeni günü bir şah əsərinə çevirmək üçün səylər göstərərsiniz. Şəxsi missiyanın fərqli xüsusiyyəti budur.

Missiyanızı hələ də kəşf etmədiyinizi necə bilmək olar?

Bu bir münasibət və həyat tərzi məsələsidir.

§ Yalnız bir iş görürsünüz yoxsa xəyalınızı reallaşdırmağa çalışırsınız? Bunu özünüzdən soruşun.

§ İşə gedib gəldikdən sonra qalan boş vaxtınızda daha yaxşı vaxt keçirirsiniz?

§ Yoxsa məzuniyyətdə ikən belə, düşüncələriniz işinizə və missiyanıza doğru yönəlir?

Cavabınız nə olursa olsun, bu yazıdakı metodlar və fikirlər sizə köməkçi olacaq. Əgər missiyaya istiqamətli həyatdan zövq alırsınızsa, bu yazı missiyanızı daha dəqiq, həyəcanlı və ehtiras dolu görməyinizə köməkçi olacaq.

Digər tərəfdən, əgər, pul üçün işləməyin əzabı ilə nadir əyləncə zamanları arasında bölünmüsünüzsə, həvəssiz bir həyat yaşayırsınızsa, bu məqalə missiyanızı tapmağa kömək edə bilər.

Bəzi insanlar bir missiya haqqında heç düşünməzlər, çünki ona çata bilməyəcəklərini düşünərlər. Belə bir axmaq fikri beyninizdən silmək üçün necə gözəl bir şagird olduğunuzu xatırlayın. 

Həyatınızın ehtirasına çata bilməyiniz üçün bu mövzuya detallarıyla davam edəcəyik. 

ŞƏRH YAZIN