Nlp - Neyro Linqvistik Proqramlaşdırma

0
5850
Nlp - Neyro Linqvistik Proqramlaşdırma

NLP-Dünyanın diqqətini özünə çəkən,prezidentlərin,siyasət və biznes adamlarının,bir sözlə uğur qazanmaq istəyən hər kəsin daim müraciət etdiyi bu sehrli güc nədir?Beyin bəyəm kompüterdirmi,onu istədiyin şəkildə proqramlaşdırasan?İllərlə davam edən fobiyanı,daim narahatlıq törədən daxili səsi,günahkarlıq duyğularını,insanı daim kasıblıqda saxlayan düşüncə tərzini bir neçə seansa,hətta bir neçə dəqiqəyə silməyə qadir olan bu üsullar cadugərlikdirmi?Hipnotik ünsiyyətlə satışda və diplomatiyada inanılmaz nəticələr əldə etməyin, sonsuz sayda sözləri cəmi 1 dəfə eşidərək və ya oxuyaraq eyni ardıcıllıqla uzun müddət yadda saxlamağın,yalançını bir neçə dəqiqəyə aşkar etməyin mümkünlüyünü söyləsəm inanarsınızmı?Sanki “xeyr” deyə pıçıldadığınızı eşidirəm.
Ancaq bütün bunlar həqiqətdir və bu sahə 40 ildir ki,elm olaraq dünya tərəfindən təsdiqlənmişdir.NLP-nin dilimizdəki tərcüməsi “Zehin Dili Proqramlaşdırılması”dır. İnsanın zehnini istəyə uyğun olaraq proqramlaşdıraraq,arzu edilən nəticələrə çatmaq olar.Bugün ABŞ və Avropada 150-dən çox institut və 2 üniversitetdə NLP- təhsil,is dünyası,səhiyyə,fərdi inkişaf,ailə daxili ünsiyyət və terapeya sahələri üçün tədris olunur.
NLP nədir?
NLP - neyro linqvistik proqramlaşdırma deməkdir:
Neyro: Həyatda baş verənlərin beş duyğu vasitəsi ilə qəbul və emal edilməsi.
Linqvistik: Şifahi və sözsüz ünsiyyət, həmçinin davranışlar vasitəsi ilə düşüncələri əks etdirmə tərzi.
Proqramlaşdırma: Zehnin daxili proqramlarını istifadə edərək düşüncələri və ünsiyyəti arzu edilən hədəflərə çatacaq şəkildə nizamlamaq. 
Mükəmməl performans ilə orta performans arasındakı fərqi yaradan fərq nədir?
1970-ci illərin əvvəlində Kaliforniyada riyaziyyatçı Riçard Bandler və dilçi Con Qrinderin müəyyən bacarıqlara sahib olan insanlar ilə bu bacarıqları təkmilləşdirmiş insanlar arasındakı fərqləri araşdırarkən,NLP-nin əsasını qoydular.Onların başlanğıcda özlərinə verdiklər sual bu idi: "Hər hansı bir qabiliyyətə malik olan bir adamla,eyni qabiliyyətə malik,amma daha üstün olan digəri arasındakı fərqin səbəbi nədir?.
Bandler və Qrinder,mükəmməl performansa sahib insanları modelləşdirərək bu performansa digər insanların da çata bilmələri üçün lazımlı metodları işləyib hazırladılar.
Hər bir insan ideal saydığı insan kimi ola bilər.Amma bu elə də sadə məsələ deyil.Yəni biz gündəlik həyatda görürük ki,eyni şeyləri müxtəlif insanlar edir, amma hamı eyni yerə çata bilmir.Bunun əsasında inanclar,hisslər və davranışlar dayanır.NLP bəzən,“mükəmməllik elmi…dəyişmə sənəti”,“istədiklərini əldə etmə üsulu” kimi adlanır.NLP müxtəlif sahələrdə elmdə, idmanda,ailədə tətbiq edilə bilər. NLPdə bir sıra modelləmələrdən və texnikalardan istifadə edilir.
Bunlar isə 2 hipotezə əsaslanır:
1. Xəritə, təmsil etdiyi ərazinin özü deyildir (xəritə hipotezi):Biz bir insan olaraq çox vaxt həqiqəti bilmirik.Yəni bizə ətrafdan çoxlu fikirlər, məlumatlar gəlir və bizim şüurumuz özünə görə bir həqiqət (xəritə) yaradaraq bunları qiymətləndirir.Bizim fikirlərimiz  xəritədir və bizim irəliləməmizə əngəl olan da, elə çox vaxt bu xəritələrdir.
2. Sistematik proses (həyat və beyin sistemi):Dünya,kainat,insan hamısı mürəkkəb bir sistemdir.Bu sistemlərdən bir hissə ayırdıqda,bu hissə təkbaşına bir iş görə bilməyəcəkdir.NLP-də hədəf,“həqiqi xəritə”ni tapmaq deyil,“zəngin xəritə”ni tapmaqdır.
Bir problemin qarşısında nə qədər çox seçim şansı olsa,bu problemi həll etmək daha asan olur.NLP-yə görə hər insan, bütün lazımi mənbələrə malikdir və hər bir insan dəyərlidir. Əgər bir adam, bir işi bacarıbsa, deməli hamı bacara bilər.
NLP təkmilləşdirmə üsullarını və keyfiyyəti araşdırır.İnkişaf etmiş insan və təşkilatların necə yüksək nəticə əldə etmələrinin səbəbini öyrənir.Çünki bu metodlar, başqa insanların da,eyni və ya bənzər nəticələrə nail olması üçün onlara nümunə ola bilər.Bu prossesə modelləşdirmə deyilir.
NLP, modelləşdirmə prossesində təcrübələrin sturukturunun,dəyərlərin və inancların nədən ibarət olduğunu və duyğuların necə əmələ gəlməsini tədqiq edir.Təcrübələr nəticəsində insanın daxili dünyasının necə formalaşması və hadisələrə necə məna verilməsinin öyrənilməsi də, NLP-nin tədqiqat sahəsidir.Heç bir hadisə, öz-özlüyündə heç bir məna kəsb etmir, ona bu mənanı biz verərik və fərqli insanlar eyni hadisəyə fərqli mənalar çıxara bilərlər.
NLP ən ünsiyyətcil insanları araşdıraraq insan ünsiyyətinin sistemini qurub.Mükəmməl insanları modelləşdirmək yolu ilə praktik vasitə və metodlar inkişaf etdirib. Bu vasitələr iş dünyasında,işə götürmə,təhsil,satış, müzakirə və idarəetmədə; iş dünyası xaricində isə təhsil, hüquq və idman sahələrində istifadə edilməkdədir.Bununla birlikdə NLP,yalnız metod və vasitələrdən ibarət deyil.NLP, maraq, kəşf və əyləncə çərçivəsinə əsaslanan bir düşünmə formasıdır.
NLP,tam mənasıyla münasib bir əlaqənin necə qurulub davam etdirilə bilmək üçün yol göstərir.Bu səbəblə adam əvvəlcə özünə bu sualları verməlidir:
-Reallaşdırmaq istədiyim şey nədir?
-Fikrimi çatdırmanın ən yaxşı yolu nədir?
Dəyişmək,həyatımızın axışını dəyişdirmək cəsarət tələb edən bir işdir,indiyə qədər etdiklərimizdən imtina edərək,yeni üfüqlərə yelkən açmaq ancaq ehtiraslı insanların işidir.Əgər həqiqətən dəyişmək istəyiriksə “mən” olmaqdan imtina edib başqa biri olmağa hazır olmalıyıq,əgər buna hazır deyiliksə dərhal NLP ilə maraqlanmaqdan əl çəkməliyik.Bu günə qədər etdiyimiz şeyləri təkrar etsək,eyni nəticələri alarıq, fərqli nəticələr əldə etmək istəyiriksə,fərqli şeylər etməliyik.Bu isə,bu an olduğumuzdan fərqli biri olmamızı tələb edir.

 

 NLP Master Fərdi İnkişaf Ustası Babək Bayramov

ŞƏRH YAZIN