Nlp Əlifba Çalışması Nə İşə Yarayır?

0
2105
Nlp Əlifba Çalışması Nə İşə Yarayır?

NLP beyninizi işlətmək üçün lazım olan sadə prinsipləri təqdim edir və sizə zehninizin necə işlədiyini göstərir.

Beynimiz şüurlu surətdə bir dəfəyə yeddi (+ -2) informasiya qəbul edə bilir. Əlifba çalışmasının ardında yatan nəzəriyyə - bu təcrübənin şüurlu bacarıqlarınızın hamısını israf etməsi və məsələni həll etmək üçün qeyri-şüuri zehnin dövrəyə girməsini təmin etməkdir.

Məsələn, stressdən xilas olmaq, bir problemin həll yolunu tapmaq, dağınıq düşüncələri toplamaq, nəticə əldə etmək kimi əldə etmək istədiyiniz şey hər nədirsə, əvvəl o məsələ haqqında daxili təsəvvür yaratmalısınız. Çox güman ki, onu simvollaşdıracaq zehnin bir şəkil, duyğu və ya səsə ehtiyacı olacaq.

Bir dostunuzu özünüzə trener təyin edib onunla əlifba çalışmasından istifadə edə bilərsiniz. Cədvəldəki böyük hərfi yüksək səslə söyləyin və eyni anda aşağıdakı hərəkətləri edin:

Damanın sağ alt küncündə hərf "R"dirsə, sağ əlinizi qaldırın.

Hərf "L"dirsə, sol əlinizi qaldırın.

Hərf "T"dirsə, hər iki əlinizi qaldırın.
 
Bu şəkildə əlifbaya davam edin amma trener səhv etdiyinizin fərqinə varsa, cədvəlin əvvəlinə dönməyiniz lazımdır.
 
"P" hərfinə gəldiyiniz zaman "A" hərfinə doğru geri dönün amma indi eyni anda sağ əlinizlə yanaşı, sağ ayağınızı da qaldırın.
 
Bu versiyaları çox asan hesab edirsinizsə, daha qarışıq variantları sınayın. Sağ əl/sol ayaq və ya tam tərsi. Cədvəli yuxarıdan aşağı və ya çapraz olaraq oxuyun.

Burada önəmli olan, şüurunuzu zehni və fiziki hərəkətlərlə tamamilə məşğul edib, tab gətirə bilməyəcəyi nöqtəyə gətirməkdir.
 
NLP əlifba çalışması şüurumuzu yoraraq, dövrə xarici buraxmağı və qeyri-şüuri zehinimizin dövrəyə girməsini təmin etməyi hədəfləyir.
 
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :
 
 

ŞƏRH YAZIN