Nlp Metodlarının İşə Yaraması Üçün 5 Qayda!

0
3180
Nlp Metodlarının İşə Yaraması Üçün 5 Qayda!

NLP dəyişməyin sürətli və təsirli bir modelini təqdim edir. Ancaq bu dəyişmənin nəticə verə bilməsi üçün, bəzi meyarların yerinə yetirilməsi lazımdır. Bütün texnikalar xüsusi bir struktura malikdir və eyni zamanda elastikdir. Hər bir NLP texnikası, sizin xəyal gücünüzlə birlikdə, tam fərqli bir struktura çevrilə bilər. Bu qaydalar yalnız NLP və Koçluq texnikaları üçün etibarlı deyil. Ağlınıza gələ biləcək hər vəziyyətə tətbiq oluna bilər. Bu qaydalar riyaziyyat öyrənmək üçün də etibarlıdır, xarici dil öyrənmək üçün də ... İndi bu sadə amma vacib qaydalara bir nəzər salaq ...

NLP metodu

1- Metodların gücünə inanın: NLP "Sehirli Dəyənək" deyil. Bir dəyişmə üsuludur. Dəyişikliyin reallaşa bilməsi üçün, əvvəlcə zehninizi buna inandırmalısınız. İnanc beynimizin yanacağıdır. Dəyişməyə olan inancınız, dəyişmənin hansı üsulla reallaşacağından daha önəmlidir. Bəşəriyyət tarixi boyunca əldə edilən bütün nailiyyətlər bəzilərinin buna inanması ilə, mümkün olmuşdur. Siz özünüzə inandığınız zaman, dəyişimlə aranızdakı ən böyük maneəni qaldırmış olarsınız.
 
2- Tətbiq edin: Nəticə alana qədər NLP texnikalarını tətbiq etməlisiniz. İnformasiya tək başına mənasızdır. İnformasiyanın işə yaraması üçün onu istifadə etmək lazımdır. Hər kəsin ağlına zaman zaman möhtəşəm fikirlər gəlir. Fikirlər uçucudur. Eynilə, buxarlanan su damlaları kimidir. Onları yaxalamalı, hərəkətə keçməli və nəticələndirməlisiniz. Bir çox NLP texnikası sözün əsl mənasında, həyat dəyişdirən bir möcüzəyə malikdir. Təbii ki, siz onu istifadə etdiyiniz təqdirdə...
 
3- İnadkar Olun: Dəyişiklik davamlılıq tələb edir. Motivasiyanız düşdüyü anda toparlamalısınız. İnadkar olmalı və nəticə alana qədər üstünə getməlisiniz. Dəyişmə bir intizam tələb edir. Daxili intizamınızı düşüncələrinizi dəyişdirərək şəkilləndirə bilərsiniz. Özünüzlə olan danışıqlarınız həmişə sizi motivasiya etməlidir. "Edə bilmərəm" sözü zehninizə girər girməz onu uzaqlaşdıra bilməlisiniz.
 
4- Xəyal gücünüzdən istifadə edin: Zehnimiz sərhədsiz düşünür. Bizlər xəyal edə biləcəyimizdən daha güclüyük. Zehnimiz bizə zaman zaman oyun oynaya bilər. Zəif olduğumuz istiqamətlərə köklənməyimizi təmin edə bilər. Halbuki, bu bir tələdir. Bu tələyə düşməmək üçün xəyal gücünüzün daima konstruktiv düşüncələrlə məşğul olmasını təmin etməlisiniz. NLP xəyal gücünüzü məcbur edə biləcəyiniz bir sahədir. Hər texnikanın müvəffəqiyyəti xəyal gücünüzə bağlıdır. Eynilə, uşaq kimi olun. Davamlı mükəmmələ çatma mövzusunda xəyallar qurun.
 
5- Elastik Olun: Bir üsul işə yaramadısa, başqa bir üsul edin. NLP alət çantasındakı texnikalar elə güclü və müxtəlifdir ki, sizin işinizə yarayacaq bir texnika mütləq vardır. Ancaq imtina etdiyiniz və müvəffəqiyyətsizliyi qəbul etdiyiniz zaman, həll yolu gözünüzün qarşısında belə olsa onu görməyə bilərsiniz. Hər zaman bir variant olduğuna inanın. Bu, özünü aldatmaq deyil, bu real olmaq deməkdir. Çe Queveranın dediyi kimi, "Real olun, qeyri-mümkünü reallaşdırın!"
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

 
 

ŞƏRH YAZIN