Qərar Vermək Zamanıdır!!!

0
2509
Qərar Vermək Zamanıdır!!!

 Sizin üçün bu an önəmli olan şey həyatınızın istiqamətini müəyyənləşdirəcəkdir. İndi verəcəyiniz qərar yaxın gələcəyinizi yaradacaqdır. Əlbəttə ki, h-hazırda kimsinizsə, bu da keçmişdə verdiyiniz ya da vermədiyiniz qərarların nəticəsidir. İndiki qərarlarınız da on il sonra hansı nöqtədə olacağınızı təyin edəcəkdir. İnsanın mükəmməlliyi həyatının idarəsini əlində tutmasına bağlıdır. Bu idarəni hərəkətlərimizlə təmin edərik. Hərəkətlərimiz də verdiyimiz qərarlarla müəyyən edilir.


Qərar vermək ona bağlanmaq deməkdir. Bir şeylə maraqlanmaqla ("Məncə, filan şeyi etmək və ya filan şeyə sahib olmaq xoşuma gələr") müəyyən bir məqsədə özünü həsr etmək ("Bunu edəcəyəm") arasında dağlar qədər fərq vardır. Əslində, bir çox insan reallaşdırmaqdan çox xoşlanacağı bir çox şey üçün bəhanə yaradar. Sizi bu insanlardan fərqləndirəcək şey nə etdiyinizin və bunu necə edəcəyinizin məlumatı deyil, dəyişmək və hərəkətə keçmək üçün nümayiş etdirdiyiniz qərarlılıqdır. Siqareti buraxmaq istəyirsinizsə, bir daha geri dönə bilməyəcəyiniz bir şəkildə qərar qəbul etməlisiniz. Xarici bir dil öyrənmək istəyirsinizsə, bütün diqqətinizi buna yönəltmək, bu istiqamətdə bir qərar vermək məcburiyyətindəsiniz. Hər birimiz qərar vermə bacarığına sahibik. Bu daxili bir bacarıqdır, ancaq bəzilərimiz bu mövzuda bir az tənbəldir. Gündəlik həyata bağlı kiçik mövzularda da olsa, verdiyimiz hər qərarla o insanlardan daha çoxunu etməliyik. Bu yoldakı hərəkətləriniz əvvəl axır bir nəticə verəcək. Həqiqətən qərar versəniz, istədiyiniz hər bir şeyi edə bilərsiniz. Bu səbəblə praktiki olaraq, yola çıxmaq vacibdir.

Bir sonrakı addımda hədəflərinizlə bağlı qərarlar verəcəksiniz. Bu hədəflərdən bəziləri bütün həyatınıza təsir edəcək inanclarınızı və dəyərlərinizi əks etdirir, bəziləri də qısa müddətli məqsədlər ola bilər. Bu səbəbdən, bir tərəfdən nə edəcəyinizə qərar verərkən, digər tərəfdən də sizin üçün önəmli olan və olmayan şeylərə, nəyə fokuslanacağınıza və nəyi ikinci plana atacağınıza qərar verəcəksiniz. Nəticə olaraq, hər səviyyədə qərarlar almaq məcburiyyətindəsiniz.

Bu vəziyyət bir çox insana ürküdücü gələ bilər. Qorxu səhv qərarlar almaqdan qaynaqlanır. Bu səbəblə, almağınız lazım olan ilk qərar müvəffəqiyyətsizliyə düçar olmaqdan qorxmamaq, müvəffəqiyyət əldə edəcəyinizə inanmasınız belə, onu sınamağa istəkli olmaqdır. Unutmayın, bir şey etməsəniz heç bir şey əldə edə bilməzsiniz. Müvəffəqiyyətli olanlar "müvəffəqiyyətsizliyə" uğramağa hər zaman istəklidirlər. Bu insanlar eyni nəticəni bəlkə dəfələrlə yaşamış, ancaq çox nadir hallarda buna "müvəffəqiyyətsizlik" adını vermişdilər. Bir şəkildə hərəkətə keçərək başlamaq məcburiyyətində olduqlarını, irəlilədikcə bir şeyləri dəyişdirmələri lazım olduğunu və bütün tərsliklərə baxmayaraq, hədəflərini gözdən qaçırmamaları lazım olduğunu bilirlər. Bu səbəbdən, siz də səhv qərarlar almaqdan qorxmayın. Bunu bacarsanız dünyanın ən yaxşıları arasında yer alarsınız. İndi isə, işə başlayın, hərəkətə keçin. İstədiyinizi əldə etmək üçün ilk addımı atmağa qərar verin.

ŞƏRH YAZIN