Yaxşı Dizayn Edilmiş Bir Hədəf Necə Olur???

0
3303
Yaxşı Dizayn Edilmiş Bir Hədəf Necə Olur???

Nə istədiyinizi dəqiq və konkret olaraq müəyyən etsəniz, onu əldə etmə ehtimalınız yüksək olar. Bunu bacarmaq üçün nəticələrin və ya istənilən hədəflərin yaxşı düşünülmüş və dizayn edilmiş olması lazımdır.

Nə istədiyinizi dəqiq bir çərçivəyə salmaq önəmlidir. Nə istədiklərini soruşduğunuz zaman bəzi insanların nə istəmədiklərinə dair uzun bir siyahı sadaladığına heç fikir vermisiniz? 

Məsələn, "Onu istəmirəm. Bunu istəmirəm. Artıq yaşamaq istəmirəm. Bunu buraxmaq istəyirəm." 

Digər bir tərəfdən, nə istədiklərini ifadə edərkən çətinliyə düşdüklərini heç müşahidə etmisiniz? İnsanların çoxu şəxsi və iş həyatlarındakı hadisələri "problem" olaraq görərlər. Bu səbəblə də, problemlər onlara maneə törətdiyi zaman "ilişib qalarlar".
Amma unutmayın, hər hansı bir problemi bir nəticə halına çevirmək sizin əlinizdədir:

"İstəmirəm / Sevmirəm" - Bunun yerinə "Nə istərdin?" deyə soruşun.
"Edə bilmərəm/ Etməyəcəyəm" - "Etsən nə olar?" deyə soruşun.

Yaxşı dizayn edilmiş bir nəticə bir az elastiklik tələb edir. Bu da öz resurslarınızla əldə edə biləcəyiniz bir şeydir. Eyni zamanda, hesablamanın da düzgün edilməsi lazımdır. Əgər nəticə həddindən artıq böyükdürsə, daha kiçik bir hissəsi üzərində çalışın. Əgər məşğul olmağa dəyməyəcək qədər kiçikdirsə, onda hissəsi olduğu bir bütünü düşünün və çıxış yolu olaraq onun üzərində çalışın.

Yaxşı dizayn edilmiş bir hədəf üçün yoxlama siyahısı

• Nə əldə etmək istəyirsiniz? Dəqiq olaraq, təyin edin.
• Müvəffəqiyyət istiqamətində irəliləyib irəliləmədiyinizi necə anlayarsınız? Doğru yolda olduğunuzu bilmək önəmlidir.
• Nail olduğunuz zaman görəcəyiniz, eşidəcəyiniz və ya hiss edəcəyiniz nə olacaq?
• Buna harada, nə zaman və kiminlə nail olmaq istəyirsiniz?
• Buna harada, nə zaman və kiminlə nail olmaq istəmirsiniz?
• Bunu nail olmaq üçün hansı resurslarınız var və ya hansı resursları əldə etməyiniz lazımdır? Əşyalar, insanlar, rol modelləri, fərdi xüsusiyyətlər və ya maliyyə.
• Nail olduğunuz zaman nə olacaq?
• Buna nail olmağın sizə və ətrafınızdakı insanlara (ailə, dostlar, iş yoldaşları, vs.) nə faydası olacaq?
• Bu son nəticəyə nail olmağın sizin və ətrafınızdakı insanların üzərində mümkün nəticələri ola bilər?
• Buna nail olmaq həyatınızın digər istiqamətlərinə (ailə, hobbilər, vs. üçün ayrılacaq zamanı) necə təsir edəcək?
• Bacardığınız zaman nə olacaq?
• Bacarmadığınız zaman nə olacaq?
• Bacardığınız zaman nə olmayacaq?
• Bacarmadığınız zaman nə olmayacaq?
• İlk əvvəl nə edəcəksiniz? Tədbirləriniz.
 
NLP hədəfə çatmaq üçün əvvəlcə yaxşı bir yoxlama siyahısı təklif edir. Bu siyahı sizi hədəfinizə daha çox yaxınlaşdıracaq.
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN