Nlp Master Practitioner Sertifikat Proqramı

0
3366
Nlp Master Practitioner Sertifikat Proqramı

NLP Master Practitioner sertifikat proqramın əsas məqsədi, indiyə qədər öyrənilmiş olan əsas NLP məlumat və texnikalarının, təlimə qatılanlar tərəfindən mənimsənilərək, bu təməl üzərinə yeni öyrənilən texnikalar ilə insanların  NLP vastiləri çantasının inkişaf etdirilməsidir. İştirakçılar NLP texnikaları arasında hədəf istiqamətində ustalıqla keçişlər edə bilməyi, sistem bütövlüyünü diqqətə almağı, inteqrativ köməkçi vasitə və qaydalardan faydalanmağı öyrənirlər.

Təlimə qatılanlara istər təlimdaxili peşəkarlıq sahəsini inkişaf etdirməyi, istərsə də insanların NLP texnikalarını öz xüsusi həyatına və ya iş həyatına tətbiqetməyi bacarırlar.  NLP Master Practitioner təlimindən məzun olanlar ümumi istifadə olunan bütün NLP texniklarına yiyələnir. Təlimin sonunda şəxsin nəzəri və praktik səviyyəsinin kifayət qədər olub-olmaması test edilərək, çatışmayan cəhətlərdəki boşluqların doldurulması  işinə başlanılır.Bununla bərabər, Master Practtitioner sertifikatını almağa haqq qazanmaq üçün iştirakçılar, təlimlərinin sonunda  daha əvvəl təlimçiləri ilə qarşılaşdıqları xüsusi bir mövzuda , bir Master Practitioner Bitirmə Çalışması hazırlayıb, təqdimatını həyata keçirirlər. NLP Master Practitioner sertifikatı NLP Trainer təliminə qatılmağa haqq qazandırır.
 
NLP Master Practitioner sertifikat təlimi proqramı, iştirak şərtləri..
NLP Master Practitioner təliminə qatılmaq üçün MTİ - Mind Training İnstitute təlim kriteriyaları ilə qarışdırıla bilən standartlarda hazırlanmış bir NLP Practitioner təlimindən məzun olmaq lazımdır. Beynəlxalq  standartlar gözlənilmədən hazırlanmış təlim proqramlarından məzun olmuş iştirakçının müraciəti qəbul oluna bilməz. Xüsusi hallarda, NLP Practitioner sertifikatı olmayanlar da Master Practitioner təliminə qatılaraq təlimdən faydalana bilərlər. Lakin onlara Master Practitioner sertifikatı verilməz. 
 
Sertifikat təlimlərinə qatılmaq üçün əqli və fiziki sağlamlığın yerində olması şərti vardır. NLP sertifikat təlim proqramları tibbi ya da psixoloji terapiyanın yerinə keçə bilməz. Psixoloji və ya ya fizioloji narahatlğınız üçün həkimə baş çəkməyiniz tələb olunur. İştirakçılar 22 yaşını tamamlamış, ən azı lisenziya və ya ali təhsil qurumundan məzun olduqlarını və hər hansı bir qanundankənar birləşmə və ya təriqət üzvü olmadıqlarını bildirməlidirlər. Təlim proqramlarımızda iştirakçı sayı limitli olub, edilən bütün müraciətlər arzu edilən təlim müddətində və ya təlim qrupunda yer almağı qarantiləməz. Tələb çoxluğunda, öncəki mərhələdən yüksək nailiyyətlərlə məzun olmuş şəxslərə üstünlük verilir. Beynəlxalq nlp təlim standartlarına uyğun olaraq, iştirakçıların  uğurlu məzuniyyət üçün təlimə ən azı 80% nisbətində qatılmalı olması və uğurla tamamlamaq vəzifələri vardır. Buraxılan təlim  hissələri bir sonrakı təlim zamanı ödəniş edilmədən təkrarlana bilər. 
 
NLP Master Practitioner proqramının tərkibi
İnanc sistemləri ilə çalışma: Bir çoxumuz etdiyimiz bir işdə uğurlu və ya uğursuz olmağımıza səbəb olan zehni dinamikaların fərqində deyilik. Əksinə, uğurlu olmaq zehnimizin  içində başlayar. Bizi uğursuzluğa aparan zəiflədici inanclar da şüuraltımızda yer alır və aktual yaşam daxilində bir vəzifə ya da çətinliklə qarşılaşdığımız zaman bunlar özlərini “mən bunun üçün çox yaşlıyam” ya da “o qədər ağıllı və təcrübəli deyiləm” və s. Kimi sözlərdə özlərini göstərirlər. 
 
Zehnimizin içindəki inanclar taleyimizi davamlı olaraq təsir altında saxlayır. Təlimin bu hissəsində inanc sistemlərinin necə yarandığını, həyatımıza təsirlərini və necə dəyişdirilə biləcəklərini öyrənirlər. Həyatınızda sizi hədəfləriniz istiqamətində dəstəkləyən inanc sistemlərinə yiyələnin.
 
“NLP və inanc sistemləri ilə çalışma” hissəsində diqqət veriləcək bəzi alt başlıqlar:
*İnanc sistemləri və növləri
*İnanc sistemlərinin təsiri
*Şəxsiyyət və qaynaşma
*İnanc sistemlərinin yaradılması
*Öz xüsusi inanc sistemlərinizin analizi və dəyişmə texnikaları
*Dickens modeli
*Zaman cizgisinin yenidən yazılması (Timeline Re-İmprint)
Nevroloji səviyyəli işlər və Şəxsiyyət dizaynı:
Təlimin bu hissəsində, zaman içərisində zehnimizdə özümüz haqqında yaratmış olduğumuz rəsmi incələyəcəyik. Öz özünüzü necə təsvir edirsiniz və ya təsvir etmək istərdiniz? 
"Nlp ilə daxili şəxiyyət dizaynı” hissəsində diqqət altına alınacaq bəzi alt başlıqlar:
*Nevroloji səviyyə
*Meta-Güzgü texnikası (R.Dilts)
*Nevroloji səviyyə üzərindən hədəf müəyyənləşdirmə çalışmaları
*Nevroloji səviyyə üzərindən əlaqə (ünsiyyət) analizi
*Nevroliji səviyyə üzərindən idarəedicilik və əlaqə stretegiyaları
*Mən kiməm? Özünü tamamlama çalışmaları
*Gələcəyə istiqamətlənmiş planlama
Sleight of Mouth-Patterns (Ağız tezliyi qəlibləri)
Sizi çıxılmaz vəziyyətə salan suallara qıvraq cavablar verin. Limitləyici inancların təsirini zəiflədərək, ustalıqla istifadə olunan dil qəlibləri ilə yeni bir məna qazandırın.
“NLP Sleight of Mouth- Patterns” hissəsində diqqət altına alınacaq olan bəzi alt başlıqlar:
*Giriş, məqsəd, yenidən təsvir etmək
*-Sə, -sa qəlibi
*Baxış bucağının dəyişdirilməsi
*Analogiya yaratmaq
*Kriteriyaların iyerarxiyası, meta çərçivə
*Səviyyə enmə, səviyyə qalxmaq
*Dünya modeli, reallıq strategiyası, qarşı örnək..
 
Dəyərlər və həyat stili çalışmaları:
Azadlıq, sevgi, dürüstlük, uğur kimi dəyərlər içimizdəki motivasiya duyğusunu alovlandıran ünsürlərdir. Onlar davranışlarımızı formalaşdırır. Onlar üçün insanlar bir çox şeyə dözmək və mübarizə aparmağa hazırdırlar.Buna rəğmən bir çox insan şəxsi dəyərlərinin nələr olduğu haqqında əmin deyillər. Hətta dostlarımızın, həyat yoldaşımızın və ya müştərilərimizin dəyərləri haqqında bildiklərimiz , adətən, daha limitlidir və bunları diqqətə almağı da unuda bilirik.
 
Dəyərlərimiz haqqında bir nizamımız və ya iyerarxiyamız yoxdursa, bu dəyərlər zaman-zaman bir-birilə ziddiyyətə girə bilərlər. Məsələn, ailə ilə kariyera arasında sıxıntıda qalan minlərlə insanda olduğu kimi.
 
Təlimin bu hissəsində dəyərlərin yaradılmasını və dəyərlər iyerarxiyasının nizama salınması üzərində dayanılır. Hər kəs öz dəyərlər iyerarxiyasını yaradıb, bir-birilə ziddiyyətdə olan dəyərlərini nizamlamağa çalışır. Enerji və  hüzur dolu bir həyatın ən vacib şərtlərindən biri də insanın öz dəyərləri ilə uyğunluq içərisində yaşamasıdır...
 
“NLP dəyərlər və həyat stili” hissəsində diqqət altına alınacaq olan bəzi altbaşlıqlar:
*Giriş, dəyərlərin analizi
*Dəyərlər iyerarxiyasının kəşf edilməsi
*İyerarxiyanın dəyişdirilməsi
*Dəyər qarşıdurması
*Həyat şərtləri
*Şüar yaradılması
 
Core- Transformation:
Zehni bir  məcaraya və dəyişikliyə hazır olun. Başqa insanların çatmaq üçün illərlə çalışdığı zehni qaynaqlara dəqiqələr içərisində çatmağın yolu. Özünüzü hərəkətə keçirin və dəyişikliyə zehinsəl qaynaqlarınızdan yola çıxaraq başlayın.
 
“NLP özünə-qayıtmaq texnikaları” hissəsində diqqət altına alınacaq olan bəzi altbaşlıqları:
*Giriş və təsvirlər
*Nüvə yaranması halları
*İstifadə sahələri
*Birinci mərhələdə core-transformasiya texnikası
İnkişaf etmiş hipnoz texnikaları:
Bu hissədə əsas və qabaqcıl səviyyəli hipnoz tətbiqetmələri haqqında təlim verilir.
 
“NLP və inkişaf etmiş hipnoz texnikaları” hissəsində diqqət altına alınacaq bəzi altbaşlıqlar:
*Trance  induksiya texnikaları
*Posthipnotik siqnallar
*İdeomotor siqnallar
*Öz-özünə hipnoz
*İnkişaf etmiş metafora dizaynı
*Aktual ünsiyyət zamanlarında trance texnikalarının istifadəsi
*Trance skriotlərin analiz edilməsi
*Video nümayişi....
 
Metafora yaradılması və istifadəsi:
Real həyatda tez-tez metaforalarla qarşılaşırıq. Hz.Məhəmməd, Gandi, Budda, Hz.İsa və digər böyük liderlər də az söz ilə çox şey çatdırmaq üçün metaforalardan istifadə etmişlər. Bizlər də metaforaları gündəlik həyatımızda təsirli bir tərzdə istifadə etməyi öyrənə bilərik. Metaforalar  dövrümüzdə təlim, terapiya, satış və bazarlama kimi bir çox sahədə təsirli ola bilir. 
 
“NLP ilə metafora yaradılması” hissəsində diqqət altına alacağımız bəzi altbaşlıqlar:
*Metaforaların faydası-təsiri
*Metafora anlayışının inşa edilməsi
*İki tərəfli induksiya
*İç-içə keçmiş hekayələr
*Xətalı rəylərin təhlükəsi
*Metafora təqdimatı
*Simvolik çalışması
 
Meta- proqramlar:
Metaproqramlar özünü davranış və  tutum olaraq ortaya çıxaran zehni filtirlərdir. Bizim şüurumuz ilə qavradığımız məlumatı şüuraltımı  fərqləndirir, emal  edir və nizama salma funksiyalarını həyata keçiri. Özünüzün və başqlarının qavrayış filtirlərini kəşf edib, bunlardan faydalanmağı öyrənin.
 
“NLP meta-proqramlar” hissəsində diqqət altına alınacaq olan bəzi altbaşlıqları:
*Qavrama filtirləri, filtirlərin quruluşu və əhəmiyyəti
*Məlumat qəbulundakı yeri
*Motivasiya yaratmaqdakı payı
*Proaktiv- Reaktiv,  daxili istinad-xarici istinad
*Ümumi-xüsusi, özüm-başqaları,variantlar-prosedurlar
*Stressə qarşı reaksiya formaları, eynilik-fərqlilik, vaxt fərqlilikləri
*Convincer kanalı, convincer modu, işləmə hazırlığı və stili
Almaz texnikası (Diamond technik)
Almaz texnikası daxilində bir çox NLP texnikasını saxlayır və xüsusilə problem həllinə və ya yaradıcılıq lazım olan sahələrdə uğurla istifadə oluna bilər. Almaz texnikası, koçluq və ya yaşam koçluğu sahələrində, problem olan movzuların, fərqli baxış bucaqlarından dəyərləndirilə bilməsini təmin edərək problem vəziyyətin həll olunmasını təmin edir.
 
“NLP Almaz beyin fırtınası texnikası” hissəsində diqqət altına alacağımız altbaşlıqlar:
*Almaz xəritəsinin yaradılması
*Beyin fırtınası
*NLP fərziyyələri
*Yaradıcılıq strategiyası..
 
Yüksək səviyyəli alt modalite (forma) çalışması (Submodalities):
Subyektiv qavrayışlı dünyanın proqramlama dilini öyrənin. Əlinizdəki bu vasitə ilə sürətli və hədəf istiqamətli duyğusal vəziyyətə təsir edə bilərsiniz. 
“Yüksək səviyyəli alt modalite (forma)” hissəsində diqqət altına alınacaq olan bəzi altbaşlıqlar:
*İnanc sisteminin dəyişdirilməsi
*Xarici istəklər üçün motivasiya yaratma və praline üsulu
*Qorxuların aradan qaldırılması
*Sürətli fobiya (film) texnikası..
 
Modelləşdirmə:
Yüksək səviyyəli NLP modelləşdirmə üsulu ilə uğurlu davranış qəliblərini modelləşdirin. NLP elmi, modelləşdirmə çalışmaları ilə başlamışdır. Siz də uğuru nəticələr əldə edən insanların strategiyalarını modelləşdirib, özünüz və başqaları üçün öyrənilə bilən bir vəziyyətə gətirin.
“NLP ilə modelləşdirmə” hissəsində diqqət altına alacağımız bəzi alt başlıqlar:
*Modelləşdirməyə giriş
*Modelləşdirmədə ümumi baza
*Modelləşdirmənin əsas mərhələləri
*ROLE modeli
*BAGEL modeli
*R.Dilts modelləşdirmə üsulu
 
Yüksək səviyyəli strategiyalar (strategiyası):
Hər bir insanın davranışının arxasında onu istiqamətləndirən bir strategiya vardır. NLP, sahələrində peşəkar olan insanların strategiyalarını modelləşdirib öyrənməyi və öyrətməni asanlaşdıran bir sistem yaratmışdır. Bu sayədə yaradıcılq, motivasiya, qərar vermə, cəldlik və oxşar bacarıqlar artıq təsadüfən əmələ gələn duyğusal qaynaqlar olmaqdan çıxarılıb, şüurlu istifadə olunan vasitələr halına gəlmişdir.
 
“Yüksək səviyyəli NLP strategiyaları” hissəsində diqqət altına alınacaq bəzi alt başlıqlar:
*Strategiyanın ortaya çıxarılma müddəti
*Strategiyaların uyğunluq kriteriyaları
*Düzgün yazmaq strategiyası
*Elastiklik strategiyası
*Strategiyaların utilizə edilməsi
*Strategiyanın qurulması, kəsilməsi və istifadə dairəsi
 
Virginia Satir modeli və Sistematik düzülüş çalışmaları:
Virginia Satir NLP elminin yaradılmasında böyül payı olan dövrünün ən uğurlu ailə terapistlərindən biri idi. Virginia Satirin çalışmaları, Richard Bandler və John Grinder tərəfindən modelləşdirilərək bir çox NLP texnikalarının yaradılmasında istifadə olunmuşdur. 
Təlimimizin bu hissəsində xüsusilə ünsiyyət sahəsində yüksək rol oynayan Satir tipologiyalarını yaxından incələmək imkanımız olacaq.
 
“NLP Satir modeli” hissəsində diqqət altına alınacaq bəzi altbaşlıqları:
*Ünsiyyət modeli
*4 Satir tipi
*Parçalar arası düzülüş çalışmaları.
 
Müddəti :120 saat
 
Əlaqə üçün:
 

(012) 409-25-82

(055) 342-30-43 (WhatsApp)

 
Ünvan:
Bakı şəhəri , Səbail rayonu, İçərişəhər Böyük Qala 22

ŞƏRH YAZIN