Özünə İnam İlə Ərköyünlük Arasındakı İncə Xətt

0
3290
Özünə İnam İlə Ərköyünlük Arasındakı İncə Xətt

Özünə inam; Özümüzə qarşı yaxşı hisslər inkişaf etdirməyimizin nəticəsi, özümüzü yaxşı hiss etməyimiz deməkdir. Başqa sözlə, özümüz olduğumuza görə şad olmaq və bunun nəticəsi olaraq özümüz və ətrafımızla barışıq olmağımız deməkdir.
 
Özünə inam, insanın digər insanlarla olan təcrübələri və fəaliyyətləri nəticəsində yaratdığı öz imicinin əksi olaraq inkişaf edir. İnsanın uşaqlıq dövrü ərzində yaşadığı təcrübələr özünə inamın formalaşmasında ən mühüm paya malikdir. Böyümə zamanı əldə edilən uğurlar, uğursuzluqlar və ailənin, müəllimlərin, komanda yoldaşlarının və dəyər verilən ətrafdakı bütün insanların sənə davranış şəkli özünə inamı formalaşdırır. Özünə inamın keyfiyyətini və səviyyəsini daha çox uşaqlıq dövrü müəyyən edər.
 
Özümüzə inamımız olmayanda işləri edə bilmə qabiliyyətimizdən əmin ola bilmərik.Lazımlı bacarığa və təcrübəyə malik olduğumuzu bildiyimiz halda, daha əvvəl heç görmədiyimiz bir işlə qarşılaşdıqda narahat olarıq. Bir çox hallarda, xüsusən qərar verməyimiz, təşəbbüs etməyimiz və ya yeni insanları işin içinə qatmağımız lazım olan hallarda narahat və  hüzursuz oluruq.
 
Buna baxmayaraq,hədsiz bir güvən duyğusu içində davrandıqda; sərhədlərimiz olduğunu qəbul etmək istəmirik, istedadlarımız haqqında real olmayan düşüncələrə qapılarıq. Üzərimizə həddindən artıq iş yükü alarıq və beləliklə də hər zaman yaxşı iş edə bilmərik. Ən yaxşı bizim bildiyimizi düşünərik, təklifləri göz ardı edərik, bizə kömək etmək istəyənləri də ümumiyyətlə rədd edərik. Beləliklə, özünə inamın hədsiz dərəcədə olması  nəticəsində ümumi olaraq zərərlə bitər. Bundan başqa,aşırı dərəcə də özünə inam bizi sosial həyatda da tək qoyar çünki hər bir şeyi ən bilən biz olduğumuzu düşündüyümüz və başqalarının fikirlərini də heçə saydığımız üçün zamanla təkliyə məhkum olarıq.
 
Ərköyünlük isə; Olduqları mühitdə bütün diqqətləri üzərinə çəkmək istəyən insanlara xas bir davranışdır. Bu cür insanlar daim bir istehza,hərəkət içindədirlər. Daima ətrafında  diqqət və fədakarlıq gözləyərlər.Ərköyünlük, adamın bəzi, ya da bir çox xüsusiyyətini digər insanlardan üstün tutmasından irəli gəlir.
 
Bu səbəblə; Özünə inam ilə ərköyünlüyün qardaş olmasına imkan yoxdur. Özünə inam ilə ərköyünlüyün eyni insanda olmasına da imkan yoxdur. Qısası, ərköyünlük ilə özünə inam arasında incə bir xətt vardır. Uşaqlarımızı yetişdirərkən bu incə xətt həssaslığına xüsusi diqqət yetirmək lazımdır. Özünə inam azlığı narahatçılıq və uğursuzluğu gətirir. Amma özünə inamın hədsiz dərəcədə olması da ərköyünlüyə və tənhalığa aparır. Ən yaxşısı orta ölçüdə özünə inam olmasıdır.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN