Həyatın bizim üçün mənası nədir? Bəzən özümüzə çətin suallar verməliyik. Cavablarını tam olaraq düşünmədiyimiz suallar. Həyatı və ən doğrusu özümüzü tapa biləcəyimiz suallar soruşmalıyıq.
Həyatımıza məna qatacaq və daha müvəffəqiyyətli olmamızı təmin etməyə kömək edəcək sualları paylaşacıq sizlərlə...
Heç olubmu aşağıdakı sualları özünüzə verəsiniz?:
"Bu səbəb həmişə mənim başıma gəlir?"
"Niyə hər şeyi səhv edirəm?"
"Həmişə mən mi səhvəm?"
Bu cür sualları soruşuruq lakin cavabını öyrənməkdən qorxuruq.
Cavabını verərkən dürüst davranmanız lazım olan bu sualları özünüzə verin. Müvəffəqiyyətə gedən yolda sizə həqiqətən çox köməkçi olacağına inanıram.
Həyat məqsədiniz
Bu suala cavab verin və həyat məqsədinizi öyrənin: "Əgər çox pulum və vaxtım olsaydı nə edərdim?"
Qazandığınız pulu xərcləyəcəyiniz yer
Bunu öyrənin. Digər şeylərlə arasındakı fərqi tapın. Niyə çox istədiyinizi kəşf edin. Pulla satın ala biləcəyiniz, sizi ən xoşbəxt edəcək bir şey nədir?
Çox sevdiyiniz, eyni zamanda çox pul qazandıran yer
Bu sual həqiqətən ən vacib sualdır. Hər kəs bir yerlərdə çalışır. Kimisi yaxşı pul qazanır, kimisi də bir qazana bilmir. Bəzi insanlar isə həqiqətən sevdiyi işlə məşğuldur. Amma onların da yaxşı pul qazanıb-qazanmadığı müəyyən deyil. Bir düşünün görək ən sevdiyiniz iş nədir? ...
Xoşbəxtlik
Xoşbəxtlik nədir? Həqiqətən xoşbəxtmisiniz mi? Daxilinizdə əslində xoşbəxt olub-olmadığınızı bilirsiniz. Bunu kəşf edin.
Sizi üzən şeylər nədir?
Xoşbəxt edən şeylər nədir?
Cavabları tapmanız çox mühüm.
Əgər bu gün öləcəyinizi bildirsələr, etdiyiniz amma peşmanlıq duyduğunuz şeylər
Sual açıq və dəqiq.
Həyatınız boyunca etdiyiniz amma peşmanlıq duyduğunuz şeylər nədir? Bəs etmədiyiniz üçün peşmanlıq keçirdiyiniz nələr?
Hamısını düşünün, hətta bir kağıza yazın.
Müvəffəqiyyət
Sizin üçün müvəffəqiyyət nə anlama gəlir?
Nə etdiyiniz üçün özünüzü müvəffəqiyyətli görürsünüz? Bu da çox vacib suallardan biri. Diqqətli düşünüb cavab vermənizi təklif edirik.
Hədəflər
Daha yaradıcı ola bilməniz üçün bu suallar önəmlidir:
Müvəffəqiyyətli olacağınıza təminat verilsəydi nələr edərdiniz? Müəyyənləşdirdiyiniz qəti hədəflər nələrdir?
Əgər yalnız 6 ay zamanınız qalsaydı hədəfinizə necə nail olardınız?
Bu sualı yalnız 6 ay üçün deyil, 3 ay, 1 ay və ya 1 həftə üçün verin. Hədəflərinizi reallaşdırmaq üçün önəmli bir sualdır.
Məhsuldarlıq
İndiki işinizi düşünün. Nə etsəniz daha məhsuldar olarsınz?
Məhsuldar olmadığınızı düşünürsünüzsə, nəyi səhv edirsiniz?
Tərcümə etdi: Zülfiyyə Sərdarova