Əsəbləşmisənsə…

0
3840
Əsəbləşmisənsə…

Müasir insanın əsəblərini idarə etməsi indi ən vacib məsələlərdən birinə çevrilib. Yaşadığımız dünya yaşayış üçün nə qədər rahat olsa da indi stress və əsəb dövrün ən yayğın xəstəliklərindən birinə çevrilib. Bəs əsəblərimizə necə nəzarət edək?   Məlumat üçün deyək ki, əsəbləri cilovlamaq üçün istifadə olunan vasitəyə "əsəb nəzarət sistemi" deyilir. Bəzən əsəbi olan insanlar özlərinə və ətrafına fikir vermədən insanların qəlbini qırır.

Türkiyə mütəxəssisləri bildirirlər ki, insanlar əsəbi vaxtlarında özlərini sakit olmağa inandırmalıdırlar. Beləliklə, əsəblərinizi sakitləşdirmək üçün 6 qızıl qaydaya əməl edin. Dərindən nəfəs alıb özünüzü sakit olmağa inandırın. Düşüncələrinizi dəyişməyə çalışın. Tez-tez özünüzə "əsəb heç nəyi dəyişdirməyəcək" deməyə çalışın. Hər şeyi problem etməyin. Əgər etmisinizsə, problemin həlli haqqında düşünməyə çalışın. Əsəbi olarkən ağlınızda olan hər sözü deməyə çalışın, amma qarşınızdakı insanın sözünü də kəsməyin. Özünüzü müdafiə etməyə çalışmayın, çünki bu zaman əsəbləriniz daha da gərginləşə bilər. Əsəblərin sakitləşməsi üçün ən ideal vasitə cevrəni dəyişməkdir. Əgər hədsiz əsəbləşmisinizsə, bu zaman tək qalıb, musiqi dinləyin. Bəzi insanlar sizə xüsusi qıcıq verə bilər. Onlardan uzaq durmağa və onlarla qarşılaşmamağa çalışın. Atalar demişkən,"isti başda ağıl olmaz". 
 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN