Həyatdan Nələri Öyrənməliyik?

0
3016
Həyatdan Nələri Öyrənməliyik?

Xoşbəxt olmaq və uğur qazanmaq,eləcə də qarşımıza çıxan çətinlikləri fürsətə çevirmək üçün nələr etməliyik? Klinik psixoloq Şeyma Çavuşoğlu xoşbəxtliyi əldə etmək və müvəffəqiyyətli olmaq üçün əsas məqamları açıqlayır.
Həyatdakı çətinliklərə qarşı necə sinə gərə bilərik?Fərqli olmaq,fərq yaratmaq,həyatımızda dəyişikliklər etmək üçün hansı addımları atmaq lazımdır?Həyatdakı çətinlikləri fürsətə çevirə bilərikmi?
"Həyat sənə limon veribsə,sən də onun suyunu çıxart və ləziz bir limonad et!"
Yuxarıdakı misal "Güclü insan kimdir?''sualına verilə biləcək ən gözəl cavabdır.Güclü insan əlindəkini tanıyan,onun nəyə çevrilə biləcəyini dəqiqləşdirən və bununla da əlində olanı çox
yaxşı bir formaya sala biləndir.Bəlkə də həyatla mübarizənin birinci qaydası limondan limonad etməyi öyrənməkdir. 
Araşdırmalar göstərir ki,güclü ola bilən insanlar,stress zamanı daha elastik və iş prosesində daha məhsuldar mövqedə olurlar.  
Bəs bu möhkəm duruş və gücün sirri nədir?Psixoloq Salvatore R.Maddi,Ph.D.ın apardığı 12 illik uzun dövrü əhatə edən araşdırmasında bu suala cavab verir.
Araşdırma 1981-ci ildə,Amerika Birləşmiş Ştatlarında olan Illinois Bell Telephone(IBT) şirkətinin 26 min işçisini işdən çıxardığı bir dövrdə başladı.Bunun nəticəsində geridə qalan işçilər,dəyişən tərkib,hədəflər və yeni idarəçilərlə qarşılaşmalı oldular.Məsələn, mütəxəssis mövqeyindəki bir adam bir il içində 10 müxtəlif idarəçi ilə qarşılaşdığını dilə gətirdi.Dr.Maddi və araşdırma qrupu kütləvi işdən çıxarılma prosesindən öncə 400 idarəçi və mütəxəssisi eksperiment məqsədilə ayırdı və 1987-ci ilə qədər nizamlı olaraq eyni qrupu izləmə imkanları oldu.
Araşdırmanın nəticələrinə görə işçilərin 2/3 hissəsi gərgin stress ilə başa çıxa bilmədi və nəticədə performans itkisi,liderlik bacarıqlarında geriləmə və sağlamlıq problemləri yaşadı. Geridə qalan 1/3 hissə işçi isə eyni dərəcədə stress yaşadıqları halda yüksək performans sərgilədi və olduqca müsbət nəticələr əldə etdilər.Eyni zamanda bu işçilər sağlamlıqlarını qorudu və bununla yanaşı eksperimentatorlara özlərini xoşbəxt hiss etdiklərini söylədilər. 
Bu fərqi yaradan nə odu?Dr.Maddiyə görə iki qrupun yanaşma tərzi və həyatını şəkilləndirən üç fərqdən söz aça bilərik:İşə öz ürəyini qoymaq,kontrolu əlində saxlamaq və çətinliklərə qarşı reaksiya.
İşini sevən,ona bütün ruhunu,ürəyini,canını qoyan,qərar qəbul edib dərhal hərəkətə keçən insanlar  şirkətdə daha aktiv rol oynadıqları üçün özlərini yorğun hiss etmədilər və sağlamlıq problemləri yaşamadılar.
Kontrolu əlində saxlama qabiliyyəti isə fərdlərə nəticələrə təsir etmə gücünü qazandırdı. Nəticəni öncədən görməyi bacaran və mənfi nəticələri müsbət nəticələrə çevirə biləcəyinə inamı olan işçilər özlərini passiv və gücsüz hiss etmədilər.
Çətinliklərə qarşı uyğun reaksiya sərgiləyən işçilər isə çətin anları, problemləri fürsətə çevirərək yüksək nəticələr əldə etdilər.
Qısacası,istər iş həyatında,istərsə də şəxsi həyatında qarşısına qoyduğu məqsədə inanan, ürəyini qoyan,həyatının kontrolunu öz əlində saxlaya bilən və çətinlikləri fürsətlərə çevirən insanlar daha sağlam və rahat olurlar.

 

Korrektə etdi:Günel Ibadova

ŞƏRH YAZIN