Həyatın vacib qaydaları

0
3631
Həyatın vacib qaydaları

 Həyatın 4 önəmli qaydası var. Hansı ki, bu qaydalar sizə daha optimist olmağa yardım edər, pessimist düşüncələrdən də xilas edər.


1. Sevgi məni tapmayacaq deməyin.

Aydındır ki,qadınlar sevilməyə dəyərlər. Ancaq özlərini daha illərcə tək buraxa biləcək mənfi düşüncələrlə boğuşurlar. Mənfilik yoluxucu deyil, ancaq potensial görüşlərin da qaçmasına səbəb olur. Çox hiyləgər bir xəstəlikdir. Kimsə nə qədər ortalarda "Heç bir zaman eşqi tapa bilməyəcəyəm" deyə dolaşırsa, gözləntiləri o qədər yüksək bir nisbətlə reallaşar. Əksinə,daha açıq fikirli biri nə qədər çox "Necə yaxşı,xoşbəxt bir insanam,əsl eşqi tapacağam" deyə düşünsə,romantik gələcəyi də o qədər açıq olur. Əgər sizdə özünə mərhəmət hiss edənlərdənsinizsə, özünüzü məşğul edin: Bir yazı ilə başlayın. Hər gün özünüzlə əlaqədar sevəcəyiniz bir şeylər yazın. Vaxtı asanlaşdıracaq. Bir neçə yaxın dosta və ya ailə üzvünə yaza və ya telefonla danışa bilərsiniz. Onlar da birisinin sizinlə xoşbəxt ola biləcəyinə dair səbəbləri söyləyə bilərlər. Onlara bu təklifi təqdim etdiyinizdə yəqin ki, çox xoşbəxt olacaq və sizə kömək edəcəklər. Nə zaman pis bir düşüncə ağlınıza gəlsə, hər zaman onu müsbət olan bir başqasıyla dəyişdirin.

2. Səhv adamlardan imtina edin.

Yaxşı adamlar dolaşıq yoldan getməzlər. Vacib olan həm haqq edən birisini tapmaq, həm də onu istəməkdir.

3. Romantik mənada da sadiq olun.

Sevgilinizə zəriflik və incəliklə yaxınlaşmanız həyati bir şeydir. Əgər bütün "pis gün" hekayələrinizi və zarafatlarınızı dostlarla və əzizlərimizlə paylaşsaq, sevgilinizə izah etməli nəyiniz qalar? Dəlicəsinə gələ bilər, amma bir insanın zamanı və enerjisi məhduddur. Əgər sahib olduqlarınızı başqalarında xərcləsəniz, bu,yəqin ki, əlaqənizə zərər verəcək. Yaşadıqlarınızı ikinizdən başqa kiminsə bilməsinə şərait yaratmayın.

4. Əgər haqlı çıxmaq istəyirsinizsə,üzr istəyin.

Əgər siz ya da sevgiliniz heç bir zaman səhv etdiyinizi qəbul etmirsinizsə, bu çətin ola bilər. Səhv etdiyiniz zaman səhvinizi qəbul edin və üzr istəyin. Üzr istəmək bir zəiflik əlaməti deyil. Sevgi yeri gəldiyində üzr istəməsini də bilməkdir.

ŞƏRH YAZIN