Milyarder olmanın yolları

0
3273
Milyarder olmanın yolları

Sahibkardan milyarderə çevrilmək üçün itkidən qorxmamaq, vaxtında dayanmağı və hissləri idarə etməyi bacarmaq lazımdır.

İyirmi il bundan əvvəl uğurlu insanların həyatını təhlil etməyə başlayanda düşünürdüm ki, hər kəs sahibkar və ya böyük və hətta qlobal layihələrin və sistemlərin meneceri ola bilər. Lakin aydın oldu ki, bu heç də belə deyil.

İçimdə “daxili ağacdələn” adlandırdığım, məni daima uğur qazanmaq üçün, hər bir uğurun isə yenisinə yol açması üçün tətikləyən anadangəlmə bir hiss var. Bu hiss kimlərinsə və ya nələrinsə təsiriylə və ya kortəbii şəkildə də özünü büruzə verə bilər. Lakin belə bir “daxili ağacdələn” olmadan daimi uğur mümkün deyil. Əvvəllər müvəffəqiyyətli insanların əsas üstünlüyünün İQ olduğunu hesab edirdim. İndi isə onun yalnız üçüncü və ya dördüncü yerdə olduğunu düşünürəm. 

Emosional zəka, eləcə də, “daxili ağacdələn” ya var, ya yoxdur. Hər iki keyfiyyət təxminən eynidir və birlikdə fəaliyyət göstərir. İstənilən böyük layihələr çoxsaylı insanların-podratçılar, subpodratçılar, kreditorlar, tənzimləyiciləri və başqalarının cəlb olunmasını tələb edir. Onların effektivliyi nə dərəcədə düzgün ruhlandırılmalarından asılıdır. Emosional zəka –belə bir motivasiya ilə çıxış edir.

Emosional zəka tərbiyə olunur. Bəziləri onla doğuşdan mükafatlandırılır, bəzilərində isə bir sıra əlamətlər nəzərə çarpır. Məşq-ən etibarlı və bəlkə də yeganə düzgün yoldur. Özünütəhlillə məşğul olmaq və ya gərəkli ədəbiyyatı oxumaq mümkündür, lakin əhəmiyyətli təcrübə əldə etmək üçün canlı nümunələrdən istifadə etmək daha yaxşıdır.

Sahibkarlıq risksiz mümkün ola bilməz. Ticari qərarlar gündə bir neçə dəfə riskli qərarlar almaq deməkdir. Risk-təkamül metodudur, bütün bəşəriyyət riskli addımlar səbəbiylə inkişaf etmişdir. Rəqabətsiz insanlar keçinə bilməz, bu təməl instinktdir. Amma zərər riski olmadan rəqabət də mövcud ola bilməz.

Səbr. Emosional zəkanın ən mühüm əlamətlərindəndir. Hər vəziyyətdə gözləmə bacarığı. Təsəvvür edin: sizin çox vacib görüşünüz var və siz tıxaca düşmüsünüz. Bu zaman iki seçim ortaya çıxır: nələrisə dəyişməyə cəhd etmək və ya sakitcə oturub heç nəyi dəyişmək bacarığına malik olmadığını anlamaq. Şəxsən mən, birincinin heç bir nəticə verməyəcəyini nəzərə alsaq, ikinci seçimin tərəfdarıyam. Şərq döyüş sənətlərində öz hisslərini idarə etmək – “su ruhu” qaydası var. İnsan öz ruh güzgüsündə əks olunanları göl səthində olduğu kimi görür. Hisslər dalğa axınıdır. Əgər həyəcanlısansa bütün dünyanı təhrif olunmuş şəkildə görürsən. Belə vəziyyətdə sən nəinki qalib gələ, hətta mübarizə apara bilməzsən.

Böyük pullar, böyük nailiyyətlər insan təbiətinə təsir etmək gücündə deyil. İnsan müəyyən dərəcədə kimyəvi robotdur, o konkret anlarda qan quruluşundan, emosional həssaslığından asılı olaraq hərəkət edir. Böyük pulların varlığı psixoloji gərginliyin artmasına, həll oluna biləcək problemlərin mürəkkəbləşməsinə gətirib çıxarır. 

Əgər siz təsadüf nəticəsində təbiətin sizə verdiyindən daha çox qazanmısınızsa bu artıq yükdür. Nəticədə, siz narahatlıq doğuran vəziyyətə düşür, bir-birinin ardınca yeni səhvlər edir və bütün sərvətinizi itirirsiniz.

Əlbəttə, əgər emosional və analitik zəkaya maliksiznizsə və “daxili ağacdələn” sizi tətikləyirsə bundan yeni nələrsə öyrənə bilərsiniz. Anadangəlmə bir bacarığa sahibəm-məğlubiyyət məni dilxor etmir, tam əksinə, mənə güc verir. Nəticə çıxarır, ”keçid” düyməsinə basır və yoluma davam edirəm. 

Sahibkar üçün yeni və mühüm bir şeyin yaradılması prosesi daha əhəmiyyətlidir.

 

ŞƏRH YAZIN