Monoton Həyatdan Uzaq Durun !

0
3940
Monoton Həyatdan Uzaq Durun !

İnsanın həyatı nə qədər rənglidirsə, nə qədər fərqli məşğuliyyətləri və xobbiləri varsa, beyni də o qədər dincəlmiş olur.

Beyini ən çox yoran vəziyyət monoton həyat, davamlı olaraq eyni şeyləri etməkdir. Çünki davamlı olaraq eyni şeyləri edəndə, beyində həmişə eyni cür hüceyrələr işləyir. Bu qrup hüceyrələr də bir müddət sonra yorulur. Buna görə də insanın həyatı nə qədər rənglidirsə, nə qədər fərqli məşğuliyyətləri və xobbiləri varsa, beyni də o qədər dincəlmiş olur. Çünki belə olan halda, davamlı olaraq, fərqli hüceyrə qrupları işləyir. İşləyib yorulan hüceyrələr isə başqa bir xobbi ilə maraqlandığı üçün dincəlmiş olur. Təkrarlanan həyatdan qurtulmaq, monotonluğu pozmaq lazımdır. Sabit bir həyat tərzi olan bir insanın əslində, bir beyinə olan ehtiyacı çox azdır. Çünki burada, bədənin aldığı bir risk yoxdur. Beynin birinci məqsədi, bədənin sağ qalmasını təmin etməkdir. Ekoloji bir xəbərdarlığın az olduğu və ya riskin sıfıra yaxın olduğu mühitlərdə beyin bundan mənfi təsirlənir. Buna görə də, monoton yaşayan, evdən çıxmayan, həmişə eyni işlərlə məşğul olan şəxslərin beyni getdikcə geriləyir. Adicə, hər gün gedilən yolu dəyişdirmək, fərqli küçələrdən keçmək və beləcə beyni “çaşdırmaq” da zehin üçün çox faydalı bir məşqdir. Bu, beyni monotonluqdan və qəliblərdən qurtarır, yeni bir şeylərin fərqinə varmasını təmin edir. Monoton həyatın digər bir zərərli təsiri, unutqanlıq yaratmasıdır. Davamlı olaraq, eyni beyin bölgələrinin işləməsi nəticəsində bu bölgələrin yorulması yaddaşı zəiflədir. Qısası, unutmaq, beyin yorğunluğundan qaynaqlanır. Monoton həyat nəticəsində insanın depressiyaya girməsi, hadisələrə mənfi məna yükləməsi, ən kiçik şeylərdə əhvalının pozulması asanlaşır. Müsbət düşünməsi çətinləşir, motivasiyası düşür. Beyin zamanla depressiyaya girir və fərqli işləməyə başlayır. Ətrafdakı hadisələr çox dəyişməsə belə, mənfi qəbul etməyə başlayır.

 

ŞƏRH YAZIN