Təşəkkür Edirəm

0
3321
Təşəkkür Edirəm

"Təşəkkür" ərəb sözüdür. Şükür etmək mənasını verir. Farsca da təşəkkür etmək "moteşşekirem"dir. Bu da əslən ərəb dilidir.

Təşəkkür etmək demək, edilən bir iş, göstərilən səy ya da nəzakət səbəbi ilə duyulan minnətin, məmnuniyyətin, xoşbəxtliyin şifahi ifadəsidir.

Təşəkkür etmək bizə qarşı edilən bir yaxşılığın əvəzində deyilən nəzakət sözüdür. İnsan özünə qarşı edilən yaxşılığa yaxşılıqla cavab verməlidir. Təbii ki, elə həmin andaca qarşı tərəfə yaxşılıq etmək mümkün deyil. Bunun əvəzində "Təşəkkür edirəm”, "Çox sağ olun” və s. bu kimi xoş sözlər söyləmək lazımdır. Yaxşılıq edən adama təşəkkür etsək,o adam da çox xoşbəxt olar.

Təşəkkür etmək bizim nə qədər hörmətli olduğumuzu göstərər. Təşəkkür etmək uşaqlara kiçik yaşdan etibarən öyrədilməlidir. Bununla əlaqədar hədislər də vardır.

Dünyada ən çox deyilən sözlərdən birinin məhz "Təşəkkür Edirəm" olduğunu xatırlatmaq istəyirəm. Siz də özünüzdə belə bir vərdiş yaradın və hər bir yaxşılıq üçün təşəkkür edin.

Hər yerdə, hər vaxt, hər bir yaxşılıq, hər bir xeyirli informasiya üçün təşəkkür edilməlidir. Məsələn, sizə bir stəkan su verən insana, ananıza və ya həyat yoldaşınıza "su gətirdiyin üçün təşəkkür edirəm” deyə bilərsiniz. Quru bir təşəkkür yerinə, nə üçün təşəkkür etdiyinizi ifadə etmənizdə çox fayda vardır. Təbii ki, gündəlik həyatımızda yalnız təşəkkür etmirik. Həmçinin sizə təşəkkür edənlərə qarşı səssiz qalmamalısınız. Harada, nə üçün, nə səbəblə olursa-olsun, sizə təşəkkür edildiyində mütləq cavab verin. İçinizdən və ya səssizcə  demək yerinə gur bir səslə sadəcə aşağıdakı cümlələrdən birini söyləyə bilərsiniz.

"Mən də təşəkkür edirəm"

"Xahiş edirəm”

"Bir şey deyil"

"Əstəğfürullah" və.s


"Təşəkkür edirəm” ifadəsi müxtəlif dillərdə.

İndi isə dünyanın müxtəlif ölkələrində, müxtəlif yerlərində, müxtəlif millətlərdə  "Təşəkkür edirəm” necə deyilir, onlardan bəzilərinə bir nəzər salaq.

Türklər – teşekkür ederim

Ərəblər – şükran

İngilislər – thank you

Ruslar – spasibo

Almanlar – danke (dankeşön)

İtalyanlar – qrazie

Fransızlar – mersi

Yaponlar – ariqato

İspanlar – qrasias

Portuqallar – obriqado

Bolqarlar – blaqodarya

İsveçlər – takk

Macarlar – köszönöm

Xorvatlar – hvala

Ruminlar – multzumesk

Slovaklar – dakujem

Ukraynalıla – dyakuyu

Çinlilər – şi şi

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN