Xeyirli Vərdişlərə Necə Yiyələnək?

0
9542
Xeyirli Vərdişlərə Necə Yiyələnək?

 

Necə edək ki, səhərlər tezdən duraq, asanlıqla xarici dil öyrənək və ya çoxdandır rəfdə olan kitabı oxumağa başlayaq? Özümüzə mənasız sözlər verməkdən imtina etməli və sadəcə işə keçməliyik. Əslində hərşey göründüyü qədər də çətin deyil. Gün ərzində 5 dəqiqəmizi xeyirli vərdişlər üçün ayırmaq kifatyətdir. Gündəlik xırda vərdişlər böyük nəticələrə gətirib çıxarmaq gücünə sahibdir. Əldə etdiyiniz nəticə isə sizinlə uzun müddət qalmış olur. Yeni xeyirli vərdişlərə sahib olmanıza kömək edəcək 4 əsas prinsipi sizə təqdim edirik:

1. Böyük olan həmişə balacadan başlayır. İlk olaraq özümüzə yüksək tələb qoyub, böyük nəticələr gözləməməliyik. Misal üçün özümüzə saat 5-də durmaq kimi, demək olar kitab oxumadığınız halda birdən həftəyə onlarla kitab oxumaq kimi tələblər qoymaq. Təbii ki, özümüzdən mümkünsüz şeylər tələb edərək, böyük ehtimalla uğursuzluğa düçar ola bilərik. Və nəticədə hər dəfəsində sizə həyatınızda nəyisə dəyişmək üçün yeni cəhdlər etmək daha ağır gələcək. Odur ki, kiçik uğurlardan başlamalı lakin onları hər gün qazanmağa çalışmalıyıq. Bu işdə əsas olan eyni şeyi gündəlik təkrar etməkdir. Əvvəldə keyfiyyət deyil kəmiyyət önəmlidir. Vərdiş isə zamanla formalaşacaq. Misal olaraq diş sapını götürmək olar. Əgər siz əvvəllər heçvaxt diş təmizləmədiyiniz halda birdən-birə gündəlik 10 dəqiqənizi buna sərf etmək qərarına gəlsəniz, əlbəttə ki, bu işdə uğurlu olma şansınız çox az olacaq. Yaxşı olardı ki, ilk olaraq asan olandan başlayasınız. Misal üçün hər gün yatmazdan öncə günə bir diş təmizləyə bilərsiniz. Bunu tez-tez təkrar etsəniz bir müddət sonra tapşırığı xatırlatma olmadan edə bildiyinizin fərqinə varacaqsınız. Daha sonra bu tapşırığa bir diş də əlavə edin. Bunu diş təmizləmənin sizin üçün adi bir işə çevrilənə qədər davam etdirin. Bu təcrübə onu göstərir ki, başlayarkən azdan başlamaq, əməliyyatları avtomatik həyata keçirmək və yalnız bundan sonra nətiləcələrin nəaliyyəti haqqında düşünmək lazımdır.
 
2. Eyni vaxtda yalnız bir vərdiş üzərində işləyin. Çiyinlərinizə həddən çox ağırlıq yükləmək lazım deyil. yoxsa sizdə yenə heçnə alınmayacaq. Çox tapşırıq götürmək adətən məhsuldarlığa təsir edir. Əgər eyni vaxtda bir neçə vərdişdən başlasanız nəticə o olacaq ki, onlardan heç biri həyatınızın həqiqi vərdişinə çevrilməyəcək. Beyin tez-tez bir tapşırıqdan digər tapşırığa keçməli olanda bu ona hər hansısa birini keyfiyyətli yerinə yetirməyə mane olur. Buna görə də qaydalar müəyyən etmək vacibdir. Bir dəfəyə yalnız bir vərdişin formalaşması üçün çalışın. Yalnız bunu başa çatdırdıqdan sonra yenisinə keçə bilərsiniz. Hətta bir vərdişin formalaşdırılması uzun zaman alsa belə onu yarımçıq qoymayın, çünki inanın alacağınız nəticə bu səyinizə dəyəcək. Nəyisə gündəlik etməyi öyrənmək üçün 21 gün gərək olduğu haqda fikirlər çoxlarına məlumdur. Lakin bu yalnışdır. Belə ki, hər bir vərdiş fərqlidir və unikal, özünə məxsus yanaşma, müəyyən vaxt və şərtlər tələb edir.
 
3. Maneələrlə mübarizə aparın. Vərdişin həyata keçirilməsi üçün lazım olan hərşey əl altındadırsa məhz bu vərdişdən başlamaq daha yaxşı olardı. Bu sizə hansısa bəhanə fikirləşərək, ondan imtina etməyə icazə verməyəcək. Misal üçün siz hər gün 10 səhifə oxumağa vərdiş etmək istəyirsinizsə, o zaman harasa gedəndə kitabı özünüzlə götürün. Və ya onu çarpayının yanındakı stula qoyun ki onu yatmamışdan öncə oxuya biləsiniz. Əgər siz səhərlər qaçışla məşğul olmaq istəyirsinizsə, o zaman idman paltarınızı axşamdan hazır edin. Bu zaman artıq siz onu yuxulu beyniniz bəhanələr uydurmamışdan öncə geyinmiş olacaqsınız.

4. Köhnə və yeni vərdişləri əlaqələndirin. Yeni vərdişin formalaşdırılmasında ən effektiv üsullardan biri yenilərin köhnələr üzərində quraşdırılmasıdır. Sizin həyatınızda fərqinə varmadığınız vərdişlər çoxdur. Misal üçün siz hər gün dişlərinizi sürtürsünüz və ya səhər yeməyi hazırlayırsınız. Bütün bu əməlləri yeniləri ilə bağlamaq mümkündür. Misal üçün çarpayıya getmək vərdişi ilə kitab oxumaq vərdişini bağlamaq olar. Beləliklə yatmadan öncə kitab oxumaq vərdişi formalaşacaq. Bu cür əlaqə vərdişi uzun zaman saxlamağa kömək edir. Yeni vərdişlərin yaradılmasını hobbi olaraq qəbul edin. Hər gün öz inkişafınıza bir az vaxt sərf edərək nələrə nail ola biləcəyini təsəvür edin. Bu faktı dərk etmək böyük nəailiyyətlərə əslində hərkəsin çata biləcəyini anlamağa kömək edir. Önəmli olan tənbəllik deyil hərəkət etməkdir.
 
 
Tərcümə etdi: Məhbubə Gülməmmədova

ŞƏRH YAZIN