Yer üzünün ən güclü qız

0
1949
Yer üzünün ən güclü qız

Hələ 3 yaşında ikən həmyaşıdlarından fərqlənən ukraynalı Vara Akulova yetkin bir insanın tərpətməktə çətinlik çəkdiyi 100 kq ağırlığı olan əşyanı yerindən tərpədə bilib. 


Uzun müddət hobbi kimi baxdığı bu istedad 10 yaşında Vara üçün qazanc qapısı açıb. Gecə klublarında nümayiş etdirdiyi hər bacarığına görə 10 dollar pul qazanan  Varanın xüsusi bir məşq proqramı da yoxdur.
 
Ginnes rekordlar kitabına düşməyi bacaran Vara Akulova hər əlinə 36 kiloluq şar götürdükdən sonra atası, anası və iki kiçik uşağı tam olaraq 297 kq çəkini bir neçə saniyə çiyinlərində saxlayıb.
 
Əvvəlki nümayişlərində 350 kq ağırlığı qaldırdığı bildirilən Vara "yer üzünün ən güclü qız uşağı" olaraq tanınır.
 

ŞƏRH YAZIN