Fatal Error (Öldürücü Səhv, Qəfil Ölüm)

0
1852
 Fatal Error (Öldürücü Səhv, Qəfil Ölüm)

Yanlış düşüncə tərzinin, səhv qərarların və intizamsızlığın qaçınılmaz nəticəsidir-uğursuzluq.  
 
Hamımız səhv edirik. Bu həyat yolçuluğunda səhv qərarlar verir, səhv addımlar atırıq. Bundan heç kəs sığortalanmayıb. 
 
Amma, hər dəfə eyni səhvi təkrar etmək, bax bu, artıq axmaqlıqdır. Nəticəsi çox ağır fəsadlara gətirib çıxarır. İnsan taleyini puç edir, bütün ömrü hədər edir, fürsətləri əldən qaçırıb, insanın həyatına ağır zərbələr endirir.... 
 
"Öz səhvimin cəzasını çəkirəm", "Artıq gecdir, mənim taleyim də belə gətirib" deyərək "qurban" rolunu oynamayaq, səhvlərimizin qurbanı olmayaq. Bütün ömrü səhvlərlə yaşamaq olmaz. Bir səhvin ucbatından bütöv ömrü məhv etmək olmaz. 
 
Səhvlərimizin göz görə-görə bizi məhv etməsinə imkan verməməliyik. Səhvlərimizdən dərs almalıyıq, səhvlərimizdən nəticə çıxarmalıyıq. Səhvlərimizə göz yumaraq özümüz özümüzə maneə yaratmamalıyıq. 
 
İnsan üçün ən böyük maneə, elə insanın özüdür. 
 
İnsan özünə mane olmamalıdır. İnsan öz yolunu açmalı, özünə şans tanımalıdır. 
 
Unutmayaq ki, biz, bizi uğursuzluğa düçar edən səhvlərimizi, uğur yolumuzda təməl qaydalara çevirməyənədək heç bir uğur əldə etməyəcəyik. 
 
Uğursuz səhvlərimiz, bizi nəticədə uğura aparan təcrübələr olmalıdır. Əks təqdirdə, həyatımız təkrarlanan səhvlərimizin cəmindən ibarət olacaq. 
 
Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN