Gözəl cavab

0
13982
Gözəl cavab

1. Ailənizdən ayrı bir şəhərdə yaşayın.

2. Bir ya da birdən çox xarici dil öyrənin.

3. Üzgüçülük dərsi alın və dəniz dibini kəşfə çıxın.

4. Mümkün olduqca rəqs edin.

5. Məntiqinizlə ürəyiniz bir-birinə zidd olduqda, məntiqinizi boş verin, səhv belə olsa, bir dəfə ürəyinizi dinləyin.

6. Qatarla Avropanı səyahət edin.

7. Qarşılıqlı bir eşq olmasa, bir-birinizə heç bir yolla qovuşa bilməsəniz belə, bu eşqin dadını çıxarın.

8. Bəylər, ümumiləşdirmə etmək istəmirik, amma sözümüz xüsusilə sizədir: Çox uzatmadan məzun olun.

9. Bir müddət öz sərhədlərinizin xaricinə çıxın və xarici bir ölkədə yaşayın.

10. Bir proyektdə ya da bir məkanda könüllü olaraq çalışın.

11. Özünüzə tənbəllik etmək üçün bir az zaman ayırın.

12. Mümkün olduqca çox insanla tanış olun.

13. Bir dağa çıxın və bir gecə orada qalın.

14. Bir dəfə istefa edin. Ancaq bunun filmlərdəki kimi olmadığını indidən bilmənizdə fayda var.

15. Arada bir az adrenalin yaşayın.

16. Rus ədəbiyyatından xoşlanmırsınızsa, bunun Türkü, Amerikanı, Yaponu da var. 30 olmadan əvvəl klassikləri oxuyun.

17. Bir müddət tək yaşayın, özünüzü tanımağa vaxtınız olsun.

18. Mümkünsə, bir ara izdihamlı bir mühitdə yaşayın; fərqli insanlarla eyni evi paylaşmaq sizə fərqli təcrübələr qazandıracaq.

19. Bir işinizdən qovulun. Yəni qovulmaq üçün qəsdli bir şeylər edin demirik. Qovularkən bunu çox da dərd etməyin demək istəyirik.

20. Bir şəkliniz olsun. Aristokrat bir ailə cədvəlindən söz etmirik, bu şəkil bir karikatura da ola bilər.

21. Həyatınızı fotoqraflayın, ancaq özünüzü çox aludə edib bütün həyatınızı bir obyektivin qarşısında ya da arxasında keçirməyin. Məsələn hər həftə və ya hər ay eyni nöqtədə bir fotoşəkil çəkib bir neçə ilin sonunda bunlardan bir video edin. Nə qədər dəyişdiyinizi müşahidə edin.

22. Uzun-uzun səfərlər edin. Dostlarınızla bir avtomobildə həftələrcə gəzin.

23. Danışdıqca ya da xatırladıqca belə sizi güldürən hekayələriniz olsun. Bunun yolu isə, ümumiyyətlə, həyatı rəngarəng yaşamaqdan keçir.

24. Bir müddət hər şeyə “bəli” deməyi təcrübə edin. Buraxın bu cavab sizi istədiyi yerə aparsın .

25. Ağac əkməyi bir vərdiş halına gətirin; hər il nizamlı olaraq ağac əkin. 30 yaşınıza qədər kiçik bir meşəniz belə ola bilər.

26. 30 olmadan əvvəl şişirdilməyəcək dərəcədə məsuliyyətsizcə davranma hüququnuz var. Diqqətli istifadə edin.

27. Oxuyursunuzsa, ya da belə bir şansınız varsa, yuxunun dadını çıxarın.

28. Çadırınızı, tulumunuzu, qabınızı-qacağınızı yığıb özünüzü təbiətə təslim edin.

29. Adı və ya içindəki nə qədər qəribə gəlirsə gəlsin, mümkün olduğunca çox ləzzətə açıq olun, dəyişik mətbəxləri dadın.

30. Yemək hazırlamağı öyrənin. Bir yeməyinizlə məşhur olun.

31. Əlinizdəki çoxsa, az olanla paylaşın.

32. Günəşin doğuşuna, batışına, tutulmalara, meteor yağışlarına şahidlik edin.

33. Hər şeylə əlaqədar xəyal qurun. Nəyi istəyirsinizsə, bunları ən incə detallarına qədər canlandırmağa çalışın. Bu reallığa gedən ilk addım ola bilər.

34. Şarla yüksəlin, vertolyota minin, təyyarə ilə səfər edin.

35. Saçınızda dəyişik modellər edin, arada bir qarderobunuzu dəyişdirin.

36. Ailənizlə mümkün olduğunca zaman keçirin; yalnız evdə oturmayın, birlikdə səyahət edin, tədbirlərə qatılın. Böyüklərinizin xatirələrini dinləyin, hətta yazın.

37. Həqiqətən çox istəyirsinizsə, evlənin, bəzilərinin sizin evlənməli olduğunuzu söylədiyi ya da özünüzü belə bir məcburiyyətində hiss etdiyiniz üçün bunu etməyin.

38. Tac Mahalı görün, Çin Səddinə gedin, bir Buddist məbədini ziyarət edin. Uzaqlara getmək düşünüldüyü qədər çətin deyil, araşdırın.

39. 30 olmadan əvvəl etmək istəyəcəklərinizi yazın və bunları reallaşdırmağa çalışın.

 

ŞƏRH YAZIN