Bu Qidaları Yesən ...

0
2090
Bu Qidaları Yesən ...

Elə qidalar var ki, insan onları yesə anında özünü xoşbəxt hiss edər. Sizi xoşbəxt edəcək beş qidanı təqdim edirik:

Şərbətli şirniyyat yerinə qara şokolad

Bir çox insan kədərini şirniyyat yeyərək aradan qaldırmağa çalışır. Halbuki son dərəcə ağır və sağlamlığınız üçün zərərli bu qidaların yerinə, qara şokoladın sizə daha yaxşı təsir edəcəyini bilirsinizmi? Stressin bir nömrəli düşməni qara şokoladdan bir parça yediyiniz zaman, seratonin beyninizdə gəzməyə başlayır. Tərkibindəki flavonoid isə qanı sulandırır, ürək xəstəlikləri riskini azaldır.

Kişmiş əvəzinə banan
 
Sıx və stressli bir gün yaşayırsınız? Əliniz istər istəməz qabdakı kişmişə gedir. Bəli, bunları yeyərək qlisemik indeksinizi yüksəldərək, qısa müddətə özünüzü xoşbəxt hiss edə bilərsiniz. Halbuki B6 vitamini ilə zəngin olan bir banan yeyərək, bədəninizdəki serotonin və dopamin sintezini artıra bilərsiniz. Bədəninizdəki B6 vitaminini artıraraq stresslə mübarizə aparmaq üçün yediyiniz bu meyvənin, sizi potensial bir depressiya təhlükəsindən qoruyacağını da unutmayın.
 
Pəhriz kola yerinə portağal suyu
 
Araşdırmalar süni dadlandırıcıların insanların psixoloji vəziyyətləri üzərində təsirli ola biləcəyini göstərir. Bu araşdırmalardan çıxan nəticəyə görə psixoloji pozğunluğu olanlara mənfi təsir yaradan dadlandırıcılar, depressiya əhvalında olan insanların da vəziyyətini pisləşdirir. İçkilərin psixologiyanız üzərində konstruktiv təsir yaratması üçün C vitamini ilə zəngin portağal suyunu seçə bilərsiniz. Çünki bu vitamin beyin sinirlərinin balansına kömək etdiyi kimi, depressiya simptomlarının azalmasına da dəstək olur.
 
Fıstıq yerinə qoz
 
Ara paylara həsrət duyur, amma yemirsiniz? Əgər bir az çərəz yemək sizi xoşbəxt edəcəksə, qozu seçin! Çünki Omega 3 baxımından zəngin olan qoz, psixologiyanızı düzəldəcək əhəmiyyətli yağ turşularını ehtiva edir.

Kahı yerinə ispanaq və tərə
 
Salatlarınızda tünd yaşıl yarpaqlı tərəvəzlər yemək istəməyə bilərsiniz. Amma unutmayın ki, tərkibində bol miqdarda maqnezium olan ispanaq və tərə yeyərək, bədəninizin stresslə mübarizəsinə kömək edə bilərsiniz. Çünki maqnezium, aybaşının ilk əlamətləri olan narahatlıq və əsəbililiyi aradan qaldırmağa kömək olur.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN