Daha az əşya, daha çox xoşbəxtlik

0
2566
Daha az əşya, daha çox xoşbəxtlik

Qrem Hill – sahibkardır və kifayət qədər imkanlı biridir. O, cah-cəlal içərisində yaşayırdı,  lakin bir gün başa düşdü ki, əşyalar sadəcə vaxt itkisidir və insanın ömrünü yeyir.


Onun fikirlərindən bəzi çıxarışları oxuyun

Mən cəmi 39 kvadrat metrlik bir studiyada yaşayıram və divara bərkidilmiş açılıb-bağlanan çarpayıda yatıram. 6 köynəyim, salat və digər yeməklər üçün 10 boşqabım var. DVD-im yoxdur, kitab kolleksiyam isə əvvəlkindən 10 dəfə azdır.

“İnternet-startup” layihəm 90-cı illərin sonlarında uğur qazanaraq, külli miqdarda qazanc gətirəndən bu yana böyük yol qət eləmişəm.  Həmin vaxtlarda özümə böyük ev aldım və onu müxtəlif əşyalar, elektron cihazlar, məişət avadanlıqları, qadcetlər ilə doldurdum və özüm üçün avtopark təşkil etdim.

Lakin iş elə gətirdi ki, bütün bu əşyalar mənim şəxsi həyatımın böyük bir hissəsini təşkil etməyə başladı və sonda da mənim axırıma çıxdılar. Mənimlə əşyalar arasında  qeyri-adi heç nə olmasa da, həyat ssenarim heç də tez-tez rast gəlinənlərdən deyil, çünki heç də hər kəs artıq 30 yaşına bu qədər varlanmır.

Biz məhsul bolluğunda yaşayırıq, hər yerdə hipermarketlər, nəhəng ticarət mərkəzləri və gecə-gündüz işləyən mağazalara rast gəlmək olar. Demək olar ki, istənilən sosial təbəqədən olan insanlar özünü əşyalarla əhatə edə bilər.

Əşyaların bizi xoşbəxt etdiyinə dair heç bir əlamət belə yoxdur. Hətta mən bunun əksini müşahidə edirəm.

Mənə 15 il lazım oldu ki, illər ərzində yığdığım və heç bir əhəmiyyət daşımayan əşyalardan azad olum və daha az əşyaya sahib olmaqla daha azad, sərbəst və yaxşı yaşayım.

Hər şey 1998-ci ildə başladı. Mən şərikimlə birgə şirkətimizi ömrümüz boyu qazana bilməyəcəyimiz qiymətə satdıq. Bu pula özümə dörd-mərtəbəli ev, yeni çoxfunksiyalı divan, hərəsi 300 dollara bir neçə eynək, qadcetlər, 5 diskli CD-player və təbii ki, məsafədən mühərriki işə salma funksiyalı qara Volvo aldım.

Mən yeni şirkət üzərində aktiv olaraq işləməyə başladım və ev üçün demək olar ki, vaxt qalmırdı. Bu səbəbdən, dediyinə görə nə vaxtsa Kortni Lavin köməkçisi kimi işləmiş Seven adlı gənci işə götürdüm. O mənim alış-veriş üzrə köməkçim oldu. Onun vəzifəsi fotoaparatla məişət texnikası və elektron avadanlıqlar satan mağazaları gəzərək mənim xoşuma gələ biləcək əşyaların şəklini çəkmək idi. Sonda mən əşyaların şəkillərinə baxaraq xoşuma gələnini alırdım.

Lakin bir müddətdən sonra istehlak etmə asılılığı eyforiyaya səbəb olmadı. Mən hər şeydən soyumuşdum. Yenicə alınmış Nokia məndə maraq oyatmır və qane etmirdi. Mən düşünməyə başladım ki, həyatımın maddi cəhətdən yaxşılaşması nəzəri cəhətdən məni xoşbəxt etməli olduğu halda axı niyə heç bir işə yaramır və hətta əlavə problemlər yaradır.

Həyat çətinləşməyə başladı. O qədər şey var idi ki ... və onların hamısına da nəzarət etmək lazım idi. Ot örtüyü, təmizlik işləri, avtomobil, sığorta, xidmət... Sevenin işləri həddən artıq idi və təsəvvür edin ki, mənim alış-veriş üzrə ayrıca köməkçim var idi. Mən kimə çevrilmişdim? Evim və əşyalarım sözün əsl mənasında çalışmaq istəmədiyim yeni işəgötürən şirkətə çevrilmişdilər.

Hər şey daha da pisləşməyə başladı. Mən işlə əlaqədar olaraq Nyu-Yorka köçdüm və məni IT-mütəxəssis kimi əks etdirə biləcək bir ev kirayələdim. Evi yenidən əşyalarla təchiz etmək lazım idi və buna həddən artıq vaxt və güc sərf olunurdu. Üstəlik Sietledə də evim var və mən artıq iki ev haqqında fikirləşməli idim. Onda mən Nyu-Yorkda qalmağa qərar verdim. Köhnə evlə bağlı məsələləri həll etmək və həmin evdəki bütün əşyalardan azad olmaq üçün bir neçə dəfə ora gedib-gəlməli oldum ki, bu da böyük səy və əziyyət tələb edirdi.

Ötən il dərc edilmiş “XXI əsrdə ev həyatı” adlı tədqiqat orta təbəqədən olan 32 ailənin həyatını araşdırmışdır.   Daimi olaraq ev təsərrüfatını idarə etmə öhdəliyi insanlarda stress hormonlarının çoxalmasına səbəb olur. Belə ki, ailələrin 75%-i qarajın ağzına qədər əşyalarla doldurulması ilə əlaqədar olaraq, öz maşınlarını park edə bilmirdilər.

Bizim əşyalara olan sevigimiz həyatımızın demək olar ki, bütün aspektlərinə təsir edir. Evlərin sahəsi artır, ev sakinlərinin orta sayı isə azalır. 60 il ərzində bir insana düşən sahə 3 dəfə artmışdır. Çox maraqlıdır ki, axı niyə? Daha çox əşya saxlamaq üçün?

Başqa bir evə köçdüyümüz zaman daşıdığımız həmin o bağlı qutularda nə saxlayırıq? Bunu ancaq o qutuları açandan sonra bilirik.

ABŞ-a aid olsa da çox maraqlı bir tendensiya müşahidə olunur. Siz bilirsinizmi ki, The Natural Resources Defense Council tədqiqatlarına görə amerikalılar aldığı yeməklərin 40%-i zibilə atır.

Belə bir acgözlük qlobal səviyyədə əhəmiyyətli təsirə malikdir. Belə ki, istehsalın genişlənməsi nəticəsində istehlakın normadan çox olması öz növbəsində ekosistemi məhv edir. Foxconn istehsal edən Te iPhone şirkəti Çinin sənaye bölgələrində ekologiyanın dəhşətli dərəcədə korlanmasına səbəb olmuşdur. Nəticənin necə olacağını nəzərə almayan ucuz istehsal... Bütün bunlar sizi xoşbəxt edirmi?

Daha bir amil sosial-psixoloji xarakter daşıyır. İlinoisin Northwestern Universitetinin psixoloqu Qalen Bodenhauzenin müşahidələrinə görə, bir qayda olaraq istehlak və cəmiyyətin mənafeyinə zidd qeyri-adi davranışlar arasında sıx əlaqə vardır. Istehlak zehniyyəti gəlir gətirmə səviyyəsindən asılı olmayaraq eyni dərəcədə insan üçün zərərlidir.

Mənim həyata olan münasibətim Olqa ilə görüşdən sonra dəyişdi. Onunla mən Barselonaya köçdük. Onun vizasının vaxtı bitsə də, biz onunla balaca bir mənzildə xoşbəxt yaşayırdıq. Daha sonra başa düşdük ki, bizi İspaniyada qalmağa heç nə saxlamır. Biz bəzi geyimlər,noutbuk və bir sıra vacib əşyalarımızı götürdük və yola çıxdıq: Banqkok, Buenos-Ayres, Toronto və daha bir çox şəhərlər... Mən işləməyə davam edirdim, lakin indi ofisim çantama yerləşirdi. Mən özümü azad hiss edirdim və evdə qoyub gəldiyim avtomobil və qadcetlərim üçün darıxmırdım.

Olqa ilə ayrılsaqda, mənim həyatım ömürlük dəyişmişdi. Bu həyatda artıq daha az əşya var idi, mən yüksüz səyahət edirdim, daha çox vaxtım və pulum var idi.

Intuitiv olaraq biz yaxşı başa düşürük ki, həyatda ən yaxşı şeylər həmin əşyalar deyil, münasibətlər, təcrübə və məqsədlərə nail olmaqdır. Məhz onlar xoşbəxt həyatın məhsullarıdır.

Mən rahat yatıram, çünki bilirəm ki, lazım olandan artıq resurs istifadə etmirəm. Mənim daha az əşyam, amma daha çox zövq aldığım anlarım var. 
 

ŞƏRH YAZIN