Dərslərini Pis Oxuyan Dahilər

0
11153
Dərslərini Pis Oxuyan Dahilər

Həyatda o qədər qəribə, gözlənilməz, “səbəb-nəticə” prinsiplərinə sığmayan faktlarla qarşılaşırıq ki, bəzən nəyin necə olacağını əvvəlcədən deməyə cəsarət etmirsən. Bu məqamda bir deyim yadıma düşdü: “İnsan yerdə plan quranda Allahın gülməyi tutur”. Həyat və yaradıcılığı üzdə olan şəxslərin taleyindəki belə faktlar da bunu bir daha sübut edir.

1. Volterin atası onun və qardaşının haqqında yazırdı: “Mən iki sərsəm böyüdürəm. Bu sərsəmin biri nəsrdə, digəri isə nəzmdədir”.

2. Dostlarından biri İsaak Nyutonu möhkəmcə əzişdirənəcən o, sinifdə hamıdan pis oxuyurdu. Döyüləndən sonra Nyuton dərslərində dostunu ötmək qərarına gəlir və artıq bir neçə aydan sonra sinifdə birinci olur.

3. Otto fon Bismark – Alman imperiyasının kansleri çox pis oxuyurdu, hələ işə münasibəti ondan da betər idi: yalnız tanşlıqla işə düzələ bilir, onda da gah qovulur, gah da özü bezib işini atırdı.

4. Napoleon riyaziyyatdan başqa yerdə qalan bütün fənlərdən çox geri qalırdı.

5. Lüdviq van Bethoven yazısında həddindən artıq səhv buraxırdı, vurma və bölməni isə ata-Aleksandr Düma kimi heç vaxt öyrənə bilmədi.

6. Nisbilik nəzəriyyəsinin yaradıcısı, Nobel mükafatı laureatı Albert Eynşteyn ortabab oxuyurdu. Valideynləri tanışlarına etiraf edirdilər ki, ondan əllərini üzüblər və yalnız sadə bir işə düzələ biləcəyinə ümid edirlər.

7. Vladimir Mayakovski o qədər pis oxuyurdu ki, hətta “Anna Karenina”nı da sonacan oxuya bilməmişdi.

8. Puşkin litseydə çox zəif oxuyurdu, hesab dərslərində həmişə ağlayırdı. Diplom üçün keçirilən attestasiyada axırdan ikinci yeri tutmuşdu.

9. Ballistik və geofizik raketlərin, ilk peyk və kosmik gəmilərin – “Vostok” və “Vosxod” – yaradılması işinə rəhbərlik edən Sergey Korolyovun bütün qiymətləri “3” idi.

10. Çexov gimnaziyada iki dəfə sinifdə qalıb ...


 

ŞƏRH YAZIN