Gülməklə bağlı bilmədikləriniz ...

0
3411
Gülməklə bağlı bilmədikləriniz ...

 Gün ərzində neçə dəfə güldüyünüzü xatırlayırsınız? Gülüş nədir, insan orqanizminə təsiri necədir indi biləcəksiniz.


İnsan orta hesabla gün ərzində 15 dəfə gülür. 80 əzələ qurupu gülüş zamanı hərəkətə gəlir. Gülüş zamanı qanda endorifinin səviyyəsi artır, sinir inpulslarının hərəkəti yaxşılaşır və nəticədə siz əla əhval – ruhiyyədə olursunuz.

Stress hormunları isə əksinə , azalır ki, bu da immum sisteminin işini yaxşılaşdırır. Pisixi və fiziki gərginliyi aradan qaldırmağın ən yaxşı yolu ürəkdən gülməkdir. Gülüş ən təhlükəsiz psixiotrop vasitədir. O, insanı sakitləşdirir, qorxu və təlaşdan uzaqlaşdırır. Eyni zamanda gülüş ürək – damar sisteminin faliyyətini yaxşılaşdırır,həmçinin, daxili orqanların işinə müsbət təsir göstərir. 

Buna görə tez – tez gülmək və komediyalara baxmaq məsləhətdir. 

İnsan güləndə üz və çiyin əzələləri hərəkətə gəlir, döş qəfəsi və diafraqma fəaliyyətə başlayır, nəbz sürətlənir, bütün orqanlarda və dəridə qan dövranı yaxşılaşır. Həmçinin , ayaq və bel əzələləridə tonusa gəlir. 15 dəqiqə gülməklə 40 kalori itirmək olur, bu da 15 dəqiqə velosiped sürməyə bərabər

Hər zaman gülüş sizlərlə olsun.

ŞƏRH YAZIN