Gülüş Yaddaşı Qoruyur

0
2549
Gülüş Yaddaşı Qoruyur

Gülüş insanlarda stressi atır.Alimlər belə qənaətə gəliblər ki,yaşlı insanlar komediya filmlərinə baxandan sonra informasiyanı daha yaxşı yadda saxlayırlar.Bundan əlavə gülüş stres hormonu olan kortizol istehsalını da azaldır.Məhz bu hormon yaddaşa mənfi təsir edir.
Kaliforniya universitetinin alimləri bunu müəyyən etmək üçün könüllülər üzərində təcrübə keçiriblər.Belə ki, 20 sağlam insandan 20 dəqiqə ərzində gülməli filmə və ya proqrama baxmaq xahiş edilib. kinci qrupda olan 20 nəfər isə heç bir şeyə baxmadan gözləyiblər.
Daha sonra hər iki qrup yaddaş testindən keçib,analizlər veriblər.Komediyaya baxan iştirakçıların nəticələri daha yaxşı olub. Belə ki,gülən şəxslərdə stres hormonları əhəmiyyətli dərəcədə az olub.Gülüş orqanizmdə endorfin hormonunu artırır.Nəticədə,beyinə gedən və insana xoşbəxtlik hissi verən dopamin hormonunun səviyyəsi artır.Bütün bunlar isə beynin fəaliyyətinə yaxşı təsir edir və yaddaşı qoruyur.

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN