Hər işçisinə 200 min dollar bağışladı

0
2375
Hər işçisinə 200 min dollar bağışladı

Türkiyənin internetlə yemək sifarişi üzrə ən böyük şirkətlərindən biri olan Yemeksepeti şirkətinin rəhbəri öz işçilərinə qeyri adi hədiyyə edib. Şirkətin rəhbəri Nevzat Aydın 114 nəfər işçisinin hər birinə 200 min dollar bağışlayıb. Bir neçə gün əvvəl şirkəti 589 milyon dollara satan şirkətin rəhbəri işçilərinə gördükləri işlərə görə minnətdarlığını bu üsulla bildirib. Belə ki, may ayında şirkət Delivery Hero alman şirkətinə satılıb. «Hurriyet Daily News» yazır ki, ümumilikdə işçilərin ödənişləri üçün 27 milyon dollar xərclənib. Bu rəqəmin nə qədər böyük olduğunu göstərmək üçün qeyd etmək kifayətdir ki şirkətdə orta aylıq əmək haqqı 1-1,8 min dollar arasında idi. «İşçilər qışqırır, sevindiklərindən ağlayır, bəziləri minnətdarlıq edirdilər. Sevininirəm ki, insanların həyatına təsir edə bilmişəm. İndi onlar əvvəllər maşa ala bilmədikləri – ev, avtomobil, ümumiyyətlə istədiklərini ala biləcəklər»-deyə şirkətin rəhbəri yazıb.

Ən maraqlısı da odur ki, «Yemeksepeti» şirkətinin işçilərinə ödəniş etmək barədə hüquqi öhdəliyi olmayab. Buna görə də işçiləri ilə belə səxavətli davranış Türkiyədə ilk dəfədir. 

Dünya biznesində isə belə hallar baş verib. Bir neçə ay əvvəl, 2015-ci ilin aprelində ABŞ-ın «Gravity Payments» şirkətinin rəhbəri  Den Praysöz işçilərinin illik əmək haqqını birdən birə 70 min dollar qaldırmaq barədə qərar verib. Sahibkar bu addımı elmi jurnaldakı məqaləni oxuyandan sonra atıb. Məqalədə deyilirdi ki, işçinin əsas problemlərini həl etmək üçün məhz 70 min dollar kifayət edir. Bu problemlərin həllindən sonra işçi maaşı əsas məsələ saymır və işə daha yaradıcı yanaşır. 

 

ŞƏRH YAZIN