Hər Şey Kiçicikdir

0
2466
Hər Şey Kiçicikdir

"Həyatda hər şey kiçikdir, onları bizlər böyüdürük"! Deyər Osho...

Həqiqətdə də belə deyilmi? Bizim baxış tərzimiz bizim tənqidlərimiz və dəyərləndirmələrimizə görə böyüyüb kiçilmir mi hadisələr?
 
Kiçicik Problemlər dağ kimi böyüməzmi? Ya da kiçicik sevinclər bütün varlığımızı bütünləşdirməzmi?
 
Həyata necə baxırıqsa, həyat elədir!
 
Həyatı dəyişdirmək, axışı istiqamətləndirmək fərdi olaraq bizim gücümüzü aşan bir şeydir. Bu məqamda dünyanı dəyişdirmək və öz xoşbəxtliyimizi təmin edəcək şəkildə işləməsini proqramlaşdırmaq mümkün olmadığına görə, bədbəxtliyi tale kimimi qəbul edəcəyik?
 
Xeyr!
 
Biz həyatı dəyişdirə bilmərik amma düşüncə tərzimizi və münasibətimizi dəyişə bilərik.
 
Necə məgər?
 
Həqiqətən böyüdülməməsi lazım olan kiçik problemləri böyütməyərək.. Xoşbəxtliyə daha çox yer verərək...Kiçik gördüyünüz xoşbəxtlik mənbələrini bəsləyib böyüdərək...Onları zehnimizdə yenidən təhlil edərək..
 
Bir salam bir gülümsəmə, kiçik bir kömək, nə qədər böyük və dəyərlidir. Fərqində olaraq!...
 
Böyütmək və kiçiltmək əlimizdədir, bunu dərk edərək...
 
Zəngin olmaq,bir imperator olmaq bizim əlimizdə deyildir. Xoşbəxt olmaq və bədbəxt olmaq isə bizim əlimizdədir. Zəngin olmaq və ya imperator olmaq nəticədə xoşbəxt olmaq üçün istənilən hallardır. Aradakı ziddiyyətə baxın. Xoşbəxt olmaq üçün şərt qoşduğumuz vasitələri seçmək əlimizdə deyilkən, xoşbəxt olmağın özü öz mövqeyimizə bağlıdır. O halda nə üçün bunu zahiri şərtlərə bağlayaq?
 
Hər zaman pis bir vəziyyətin daha pisi vardır. Olduğumuz vəziyyəti qəbul edərək, şükr hissi ilə və olan şeyin olması lazım olan şey olduğunun dərkinə vararaq yaşamaq, həyatı bir ərməğan olaraq görmək xoşbəxtliyin əsas mənbəyidir.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN