Hər Şeyə Rəğmən...

0
3284
Hər Şeyə Rəğmən...

Əvvəlcədən bunu söyləməliyəm ki, gülüşümüzü əskik etməyək,  bizi məşğul edən bütün düşüncələri söküb ataq, xilas olaq düşüncələrimizdən. Dostlar rahat olun, daima gülün! Gabriel: "Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. Gülümsəmənə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən."Doğru deyil mi?... Harada və nə şəkildə də olsaq gülümsəməyə davam edək, ən kədərli anımızda belə; qoyun nəyə güldüyümüzə təəccüblənsinlər. Maraq duyğusu bir tərpəniş, bir qığılcım...bir şey olsun yaxud sual işarəsi meydana gəlsin başlarında. Və bunu da açıq-aşkar dəstəkləyirəm.

"... gülümsəmənə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən" bəli, sevgi deyəndə indi axan sular duruldu .. ah bilirəm, gülün dostlar. Hər zaman, ən çarəsiz anda belə gülümsəyin... qoyun maraq yaratsın gülüşünüz... Misal üçün müxtəlif millətləri düşünün, eyni mühitə gəlirsən, qarşındakının nə dediyini anlamırsan amma onun ağızdolu gülməsi belə səni gülümsədə bilər. Ünsiyyətin içində gülümsəmənin yeri və əhəmiyyəti böyükdür, tamam ayrı bir dəyər qatır. Əgər insan özünə gülümsəmirsə, kimsəylə birlikdə bunu edə bilməz, bacara bilməz. Gülümsəmək bir ehtiyacdır, düşünün; gülümsəmənin belə bir xoşbəxtlik hormonu var, haqsızmıyam? Təkrar edirəm və kiçik bir tövsiyyə ən bədbəxt anınızda belə gülümsəyin, rahatladığınızı görəcəksiniz.
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova
 

ŞƏRH YAZIN