İnsanı güldürən daha bir səbəb - Qıdıqlamaq!

0
3976
İnsanı güldürən daha bir səbəb - Qıdıqlamaq!

 Bir insanın gülməsini istəyirsinizsə, onu qıdıqlamağınız yetərlidir. Səbəbsiz gülüş doğuran bu qıdıqlama ilə bağlı daha nələr bilirsiniz? Qıdıqlama nədir, insanların qıdığa ən çox həssas olan yerləri hansılardır və görəsən onları ölüncəyə qədər qıdıqlamaq olarmı? Bax elə bu suallarınıza bizimlə cavab tapacaqsınız.


1. Qıdıq bizə yaxınlaşmağa kömək edir
 
Qıdıq yalnız gülüş doğura bilmir,o həm də bizə münasibətlər qurmağa kömək edir. Hələ Çarlz Darvin qeyd edirdi ki, qıdıq sosial yaxınlaşma mexanizmidir. O ana və uşaq arasında ünsiyyətin birinci formalarından biridir. Həmçinin o dostlar arasında əlaqələri qaydaya salmağa kömək edir və psixoloqlar onu ən yüksək dərəcəli sosial oyunun 5-ci hissəsi kimi görürlər.

2. Biz öz-özümüzü qıdıqlaya bilmirik
 
Əgər başqa insanın bizə toxunması qıdığa gətirib çıxara bilərsə, niyə biz özümüzü qıdıqlaya bilmirik? Alimlər hesab edirlər ki, bizim beyinciyimiz gözlənən toxunmadan gözlənilməz toxunmanı ayıra bilər və bu qıdıq reaksiyasını boğur. Nə vaxt ki, biz özümüzü qıdıqlamağa çalışırıq, beyin bunu qabaqcadan düşünür və qıdığa hazır olur. Bəlkə də, gözlənilən və gözlənilməyən reaksiyaya cavab biz insanların düşməndən qorunması üçün yarandı.

3. Ən qıdıqlanan yerlər – bu hücum vaxtı ən zəif yerlərdir
 
Ayaq altı və qoltuq altı yerlər bizim bədənimizdə iki ən həssas yer hesab edilir. Bundan başqa, qıdığa həssas yerlərin əksəriyyəti boyun, sinə, cinsi orqanlarının sahəsi də ola bilir.
 
Qoltuqaltı nahiyyədə qoltuqaltı vena və arteriya keçir və o ürəyə maneəsiz daxil olur, hansı ki, döş qəfəsiylə qorunmamışdır. Boyun da həmçinin insan bədənində iki əhəmiyyətli arteriyanı özündə saxlayır ki, bunlar da beyini qanla təchiz edirlər. Ağciyərlərə havanı daşıyan orqan olan traxeya da boyun nahiyyəsində yerləşib.

4. Qıdıq bizim bədənimizin bildiriş sistemidir
 
Həmçinin qaşınma kimi, qıdıq da bizi yırtıcılar və ya parazitlər kimi xarici qıcıqlandırıcılara diqqətimizi yönəldərək müdafiə edə bilər. Qıdığın bu növü Knimesis adlanır yəni– yüngül qıdıq, hansı ki nadir hallarda gülüşə səbəb olur.
 
Alimlər hesab edirlər ki, bizi qıdıqlanyan zaman yaranan qıdıqlanma hissi, qoruyucu mexanizmdir ki, bizi təlaşa düşməyə məcbur edir, bu da həşərat, böcək və sürünənlər kimilərinin bizə toxunması vaxtı qoruyucu hisslərin artmasına kömək olur.

5. Qıdıq işgəncəyə çevrilə bilər
 
Tarixdə qıdıq, bədən cəzası kimi tətbiq edilən vaxtlar da olub. Onun şahidləri deyirlər ki, nasistlər işgəncə kimi qıdıqdan istifadə edirdilər. Həmçinin qədim romalılar da bunu işgəncənin xüsusi növü kimi tətbiq edirdilər. Onlar qanun pozanları bağlayırdılar, onların pəncələrini duzlu suya salırdılar və keçiləri onu yalamağa məcbur edirdilər. Zamanla qıdıq çox ağrılı olurdu.
 
Qıdıqdan insanın ölməsi haqqında deyilənləri isə şahidlər təsdiq edir və demək ki bu da faktdır..

6. Yaş artdıqca biz qıdığa daha az həssas oluruq
 
40 yaşdan aşağı insanlar, həmin yaşdan yuxarı olan insanlara nisbətən 10 dəfədə daha çox həssas olurlar. Bu ona görə deyil ki, böyük insanların qıdıq xoşuna gəlmir, sadəcə yaşla əlaqədar olaraq toxunulmaqla duyulan həssaslığın tədricən azalması müşahidə olunur.

7. Qıdığı dayandırmaq olar
 
Bunu necə etmək olar? Əlinizi sizi qıdıqlayan insanın əlinə qoyun. Bu hiyləyə həkimlər tez-tez əl atırlar. Belə ki, həkim pasiyentin qarınına baxmaq istəyərkən, xəstənin əlini onun özünə qoymağa xahiş edə bilər. Beləliklə, siz həminki hərəkətləri həkimə edirsiniz, bu da bizim beyinimizi düşünməyə məcbur edir ki, siz özü-özünüzü qıdıqlayrsıznız.

8. Qıdıq arıqlamağa kömək edir
 
Əgər qıdıq sizdə güclü gülüşə səbəb olursa , onda bu kalorilərin sərf edilməsinə gətirir. Alimlər hesab edirlər ki, gündə 10-15 dəqiqə gülüş 10-40 kalori yandırır və bu da 1 il ərzində bir neçə kiloqrama qədər çəkinin itməsinə səbəb ola bilər. Əlbəttə bu trenajor zalına getmək qədər olmasa da, amma əgər siz arıqlamağa qərar verdinizsə, hər kalori sizin üçün məna kəsb edir.

9. Qıdıq seksual həzzə çatdıra bilər
 
Bəzi insanlar üçün praktik olaraq bədənin istənilən hissəsinin qıdığı onları həzzə çatdırır. Geniş mənada, qıdıq ilkin oyun forması kimi xidmət edə bilər. Ancaq knismolaqnii vaxtı – yəni qıdıqdan oyatma, o seksual fetişizmin formasına çevrilir.

10. Bizi qıdıqlayan vaxt niyə biz gülürük?
 
Bu qıdığa aid ən əsas həll edilməmiş bir məsələ olaraq qalır. Gülüş adətən yumorla və həzlə assosiasiya edilir. Amma qıdıq vaxtı o zarafatla və ya məzəli hadisəylə bağlı olmayaraq, nəzarətsiz yaranır. Bəzən qıdıq prosesi hətta xoşagəlməz və ağrılı ola bilər.

ŞƏRH YAZIN