Özünüzə Fokuslanın!

0
2998
Özünüzə Fokuslanın!

Bir internet səhifəsində 27 saniyə qalırıq, bir videonu 14 saniyə izləyirik, ən az 34 dəfə mailimizi yoxlayıb, bir o qədər də sosial şəbəkələrə baxırıq.Hamımız hiperaktivik yoxsa həyat hiperaktiv də biz ona uyğunlaşmağa çalışırıq? İşləyərkək internetdə gəzirik. Yolda olarkən musiqi dinləyirik. Evdə yatmağa hazırlaşarkən televizora baxırıq. Ən yaxşı halda kitab oxuyuruq.Daim beynimizi məlumatlarla doldururuq. Bəs yaxşı heç özünüzə sual verdinizmi, biz nə edirik?Niyə edirik? Hər zaman tələsirik, xoşbəxt deyilik. Bütün bunları niyə edirik: darıxmayaq, düşünməyək, öz-özümüzlə tək qalmayaq deyə. Axırıncı dəfə nə zaman yolun ortasında dayanıb ətrafına baxdın? Çöldəki havanı içinizə çəkib, ətrafdakı səslərə diqqətlə qulaq asdınız? Musiqiyə qulaq asmaq əvəzinə nə zaman ürəyinizin döyüntülərini hiss edərək ruhunuzu dinlədiniz? Sadəcə 1 dəqiqə... Nə qədər də çoxdur elə deyilmi? Öz içimizdən gələn səsə qulaq asmağa belə tənbəllik edirik. Yoxlaya bilərəsiniz

"Elə indi ..Dərindən nəfəs alıb sonra ciyərinizdəki bütün hava boşalana qədər nəfəsinizi çölə verə bilərsiniz. Sonra bir daha ... Bir daha...Beyninizdə ilişib qalan bütün problemlərdən uzaqlaşarkən, bütün günü özündən qaçdığınız ÖZÜNÜ dinləyə bilərsiniz.Bütün vücudunuzda gəzən həyat enerjisini hiss edə bilərsiniz. Sonra bir daha dərindən nəfəs alıb,onu tamamən çölə verərkən, gözünüzü bağlayıb sadəcə özünüzü dinləyə bilərsiniz...
 
İndi baxaq neçə saniyə oldu? Bunu bir neçə dəqiqədə etməyi yoxlayın. Baxın görün özünüz ÖZÜNÜZƏ nələr deyirsiz ? Çatdırılması vacib olan işlərdənmi? Yoxsa həmin gün başınıza gələn sıxıcı hadisələrdənmi? Yoxsa kənardakı insanların sizə necə baxdığındanmı? Sevgilinizdənmi?Özününüz özünüzə sadacə sizin üçün vacib olan nə varsa ondan danışır.CAVAB BUDUR Kİ, ÖZÜNÜZÜ DİNLƏSƏNİZ O SİZƏ SİZİN HAQQINIZDA DANIŞACAQ.
 
Bu cavabı tapana qədər özününzə fokuslansanız o sizə tək həqiqəti pıçıldayacaq:Necə xoşbəxt olacağınızı... Başqa heç bir şeyə fokuslanmağınız lazım deyil, cavabı çöldə axtarmaq lazım deyil. Sadəcə özünüzə fokuslanın... 
 
 
Tərcümə:Sara Məmmədova
 
 

ŞƏRH YAZIN