Özünüzü Tanıyın!

0
1320
Özünüzü Tanıyın!

İnsan özünü kiçik hesab etməyə meyllidir.Hər gün özünüzü heç bir inkar düşüncəsinə yer vermədən,bir saatlığına da olsa,olduğunuz kimi qəbul edin.Həqiqətən özünüzü tanıyırsınızsa, bunu edə bilərsiniz.İ
nsan şüurlu olaraq düşünə bildiyi,inamla gözlədiyi və mümkün olduğuna inandığı hər şeyi edə bilər.Kainat bizə sərhəd qoymur,sadəcə özümüz-özümüzü inanclarımızla məhdudlaşdırırıq.İllərlə başımızda olan və həqiqi mənliyin içimizdən çıxmasına maneə törədən qorxu dolu mənfi düşüncələrdən xilas olmamız lazımdır.Bu yolda biz tək deyilik,əsl sevgi qorxunu rədd edər.Özümüzü sevmək,içimizdəki gücün əzələlərimiz vasitəsilə hər şeyi edə biləcəyini dərk etməkdir.
Təqlid intihardır,insan mükəmməl olmaq üçün başqalarını təqlid etmək məcburiyyətində deyil.Heç vaxt səhv etməyən insanlar,heç bir şey etməyənlərdir.
Ən çox istədiyiniz şey nədir? İnanın və sahib olun! Düşüncənizi lazımi nöqtəyə yönəldin və hədəflərinizə köklənin! Düşünmək,düşüncəni özəlləşdirərək istifadə etmək deməkdir.Təhtəlşüur hər şeyi bilir və o qədər həssasdır ki,hər istədiyinizə cavab verir,ona çatdırdığınız hər düşüncəni həyata keçirir.Hakimiyyəti ələ keçirin!
Təhtəlşüur düşüncənin torpağıdır və ona səpilən düşüncə toxumunu cücərdəcəkdir.Müxtəlif xəstəliklər təhtəlşüurun  iş sistemini anlaya bilməməyimizdən qaynaqlanır.

 

Korrektə etdi: Günel İbadova

 

ŞƏRH YAZIN