Pozitiv Enerjinizi Yayın

0
2692
Pozitiv Enerjinizi Yayın

Əlbət ki, hər bir kəsin uzaqlarda bir yerdə özünü çox mükəmməl hiss etdiyi bir çox xatirəsi var. O xatirələr belə bizi "gülümsəyir" bilir, müsbət duyğularla yüklənirik.Özümüzlə və ətrafımızdakı insanlarla ünsiyyət qurarkən də,enerjimizi yaymağımız çox əhəmiyyətlidir. Buna kömək olacaq bir neçə kiçik ipucu:

1. Gülümsəyin
Gülmək sizi və ətrafınızdakıları müsbət bir ruh halına salar. Pis hiss etsəniz belə, 30 saniyəliyinə də olsa gülümsəyin və yaradacağı fərqi görün.

2. Böhran mahnılar dinləməyin
Dinlədiyimiz musiqi ruhi vəziyyətimiz üzərində son dərəcə təsirlidir. Sizi depressivləşdirən, bol ağrılı, böhran mahnılar yerinə canlandıran, xoşbəxt edən mahnılar seçin. Bu mahnıları ətrafınızla də paylaşın.

3. Qucaqlaşın
Qucaqlaşmaq da gülmək kimi sadə,amma təsiri böyük sehirli davranışlardandır. Yaxınlıq və səmimiyyət dərəcəsinə görə qucaqlaşmaqdan çəkinməyin.

4. Dinləyin 
Bəzən kömək filan deyil, qarşınızdakı adamın istədiyi... Yalnız danışmağa və bəzilərinin özünü dinləməsini ehtiyacı vardır. Bu cür vəziyyətlərdə mühakimə etmədən və sorğulamadan yalnız dinləyin.

5. Cəsarətləndirin
Dünyada cəsarətqırıcı kifayət qədər şey var,onsuz da. Xəbərlər, qəzetlər, mövzu,qonşu, yoldaş, dost – pis xəbərlər verib durmurlarmı? Yüksək potensialı olan çox adam, sırf cəsarətqırıcı şeylərdən ötəri müvəffəqiyyətsizliyə uğramaqdadır. Bu səbəblə ətrafınızdakı kəslərə dəstək olun, cəsarətlərini qırmayın, xəyallarına hörmət edin.

6. İltifatlarınız səmimi olsun 
İltifat və komplimentlərinizlə səmimi olun, şişirtməyə qaçmayın. Adamın görünüşü və ya hər kəs tərəfindən bilinən xüsusiyyətləri yerinə,çox bilinməyən istiqamətlərini öyrənin. Onun üçün qiymətli olan fərdi xüsusiyyətlərinə əhəmiyyət verin. Məsələn, müsbət düşüncəli olmağına. İltifat seçəcəksinizsə, bunun haqqında gözəl şeylər söyləyərək təqdim edin.

7. Sürətli və praktik həllər gətirin
Bəzən qarşınızdakı adamın cəsarətə deyil, praktik həll yollarına ehtiyacı vardır. Bir kağız dəsmal, bir stəkan su və ya sərinləmək üçün bir yelpik. Bəlkə də avtomobildən enərkən tarazlığını itirməmək üçün əlinizi tutmaq istəyir. Bu növ praktik yardımlara oyanıq və istəkli olun.

8. Perspektivinizi bölüşün
Bəzən birəni dəvə edərik. Bəzən də ciddi mövzuları yüngül qarşılayarıq. Qarşınızdakı adamın bu səhvə yol verdiyini görsəniz, öz fikrinizi deyin. Beləcə həmsöhbətinizin özünü çox üzən vəziyyətin,əslində gülüb keçiləcək bir şey olduğunu görməsini təmin edərsiniz.

9. Müsbət duyğular inkişaf etdirin
Duyğular yoluxucudur. Müsbət düşüncəni bulaşdırmaq üçün də müsbət və optimist yanaşma inkişaf etdirin. Gülümsəməklə yanaşı həyata dəyər verin, müsbət xatirələrınizi xatırlayın. Gündəminizdə onlar olsun. Beləcə müsbət duyğu və düşüncəyə doğru sıçrayış reallaşdırarsınız.

10. Kiçik nəzakət qaydalarını unutmayın
Qapıdan içəri girərkən prioriteti yanınızdakı adama verin. Çərəz, biskvit kimi şeylər yeyirsə ikram edin, avtobusda yaşlı ya da ehtiyac halında olanlara yer verin, qapıdan keçdikdən sonra dərhal ardınızda birinin olduğunu fərq etsəniz,qapını tutun (sürətlə içəri dalıb qapının üzünə bağlanmasının qarşısını alın). Bunlar kiçik,amma incə şeylərdir; diqqət etdiyiniz təqdirdə nəzakətinizlə qarşınızdakını məmnun etməklə qalmaz, sehirləyərsiniz.

11. Müsbəti başqalarına keçirin
Bir yoldaşınız sizə müsbət bir şey söylədi ya da belə bir hərəkət edibsə, sizə keçən bu müsbət ruh halını siz də başqalarına keçirin. Gözəl bir şey söyləyin, bir jest edin ki, müsbət zəncir sürətlə ətrafınızda böyüsün.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN