Pozitiv Olmaq Həyatınızı Dəyişəcək.

0
2267
Pozitiv Olmaq Həyatınızı Dəyişəcək.

Barbara Fredriksona görə pozitiv mikroanlar cəmi neqativ düşüncələr cəmindən çoxdur.
Pozitiv,pozitiv deyib dayandığımız və mənasını itirməsinə az qalmış bu duyğunun içindəkilər nədir yaxşı?
-Anlıq sevinc hissi, hüzur,şükr etmək və ilham.
Bəli, neqativ pozitivdən daha çox görünə bilər, amma pozitiv anlar sayca çoxdur.
Hər neqativ düşüncəni alt etmək üçün üç pozitiv düşüncə lazımdır.
Neqativə meyl doğulandan bəri zəif cəhətimiz olduğundan dərhal diqqətimizi çəkir.
Sizə pis bir şey söyləyən bir insan dərhal kefinizin pozulmasına səbəb ola bilər.
Yaxşı, bəs çıxış yolumuz nədir?
Çətinliklər qarşısında bəziləri yıxıldığı halda,digərləri necə tullanır çətinliyin üzərindən?Bunu bacaran insanlar özləri pozitiv duyğu yarada bilənlərdir.Onlar mənfinin yanında həmişə müsbəti tapa bilirlər.Fəlakətlər qarşısında belə faciəni görüb,təsəlli olacaq yaxşı cümləni qura bilmək böyük üstünlükdür.Hər işdə pozitivi görməyə çalışın,həyatınınzın bir anda necə dəyişdiyini özünüz görəcəksiniz.

 
Korrektə etdi:Günel İbadova
 
 

ŞƏRH YAZIN