Pozitivliyi necə qoruyaq?

0
3426
Pozitivliyi necə qoruyaq?

 Bəzən hər şey yolunda gedər, optimistliyini qorumağa davam edərsən. Amma bir gün optimistlik öz yerini neqativliyə verər və hər şey daha da pisə doğru gedər. Nə qədər çətin olsa xoşagəlməz situasiyalarda da pozitivliyi qorumaq mühüm əhəmiyyət daşıyır. Sizə sağlam düşüncə və soyuq mühakimə tərzini saxlamağa kömək edən vasitəni seçin.


1.Əgər təmkinli (sakit) deyilsinizsə, heç zaman cavab verməyin. Əgər siz təmkinli olduğunuza əmin deyilsinizsə, susmağa davam edin. İlk növbədə sakitləşmək üçün güc və vaxt tapmaqla məşğul olun.

2 . Sakitliyə doğru yolda ilk addım olaraq dərindən nəfəs alın. 

3. Situasiyanın kəskinliyini (şiddətini) azaltmaq üçün yumşaq danışın.

4. Hər bir mürəkkəb situasiyanın daxilində gizli fürsətlərin olduğunu dərk etməyə cəhd edin.

5. Digər insanların dediklərini faydalı məsləhətlər kimi nəzərdən keçirin, bunu elə qəbul edin ki, onlar sizə özünüzü təkmilləşdirməyə kömək etməyə çalışır.

6. Özündə yalnız neqativ aspekt daşıyan informasiyaya diqqət ayırmayın, ona məhəl qoymayın.

7. İnsanlara pozitiv baxışlarınızı itirməyin. Həmin insanın iddiaları və ya əməlləri sizin xoşunuza gəlməyə bilər, amma bu o demək deyil ki, siz onun şəxsiyyətinə nifrət edirsiniz.

8. Başa düşün ki, sizin neqativ hisslərinin siz ağrı-acı yaşadır, sizin xətrinizdə dəyən insana isə heç nə olmur. ona görə də mənfi emosiyaları daşımağın sizə heç bir xeyri yoxdur və bu çox mənasızdır.

9. Əgər səhvə yol vermisinizsə, bunu açıq etiraf edin.

10. Yadda saxlayın ki, səhv edən insan daha çox hörmətə layiqdir, nəinki ümumiyyətlə heç bir iş görməyən.

11. Kitab oxuyun, musiqiyə qulaq asın. Sizin həyatınız müsbət abı-hava gətirən hər bir şeyi yoxlama dəyər.

12. Sizə dəstək göstərə biləcək dostunuzla danışın.

13. Ən çox sevdiyiniz, sizə ürək-dirək verən və sanki ikinci nəfəsinizi açacaq, sitatları oxuyun, uğur qazanmış insanların müəllifi olduğu hekayələri vərəqləyin 

14. Neqativ situasiyalara sizin iradənizi sınağa çəkən imtahan və ya əksinə onu daha da möhkəmlədən məşq prosesi kimi yanaşın. Bu, sizin real aləmdə həyat dözümünüzü (həyata tab gətirmə qabiliyyətinizi) artımına xidmət edir. 

15. Yadda saxlayın ki, siz heç də hamının xoşuna gələ bilməz və hamı tərəfindən asanlıqla başa düşülə bilməzsiniz. Bəzi insanların sadəcə yanınızdan ötüb keçməsinə icazə verin. Diqqətinizi və səylərinizi birlikdə müsbət nəticələr əldə edib, qarşılıqlı fəaliyyət qurduğunuz insanlara yönəldin.

ŞƏRH YAZIN