Problem nədir?

0
2717
Problem nədir?

İlk öncə  yazıya xöşbəxtlik nədir sualının cavabıyla başlayım, pozitiv cəhətdən  başlasam problem artıq həll edilmiş olduğunu düşünək. Xoşbəxtlik əslində bizdə olmayan arzuladığımız hər şeydir. Məsələn əgər kimsə kasıb və yoxsuldursa , o xoşbəxtliyi var dövlət və bol qazancda görəcəkdir, kimsə xoşbəxtliyi sevgi və qayğıda görəcəkdir, çünki heyatında bu sevgi və qayğı yoxdur. Ən maraqlısı  isə  bəzilərimiz xoşbəxtliyi sakit  və problemsiz həyatda görəcəkdir, hansı ki, sakit və sıxıcı həyat sürməyən insanların problemlərə baxışlarıda tamamiylə başqadır . 

 
Problem nə zaman yaranır? 
 
Problem bizim zaman zaman həllini yubatdığımız zamanın öhtəsinə buraxdığımız sıxıntı toplumudur. Hər xırda həlli ola biləcək bir məsələni bəzən emosianal vəziyyət və durumumuza görə  həllini yubadırıq, sonunda bizə  həlli olduqca çətin gələn problem adlı bir qasirğayla üzləşirik. Problem də  xosbəxtlik anlayışı kimi hər fərdin özünə məxsus yanaşmasından ibarətdir.  İlk öncə  biz bizi üzən hər nə varsa onlarla problemsiz baş etməliyik, əgər bizi məalliyə  imkanlarımız sıxırsa , daha çox  zəhmət çəkib ondan çox sıxıldığımız bu durumdan çıxa bilərik. Əgər bizi ailədə  və dostlar arasında münasibətlərdə  anlayış və xoş müzakirə əksikliyi narahat edirsə  buradada ilk bizi narahat edən məsələyə baxmalıyıq biz nəyi verib qarşılığıni ala bilmirik. Bəzən tələblərimiz istəklərimizdən daha çox olur, üzümüzü güldürən hər xirda məsələlərə yan baxırıq , düşünürük ki, bizi yalnız böyük  xoş  hadisələr xoşbəxt edə üzümüzü güldürə bilər , ancaq  fərqində olmadığımız  və  itirdiyimiz  gözəl anlar çoxdur . Problemin həlli istiqamətidə  şablon seçilmiş nə sizlərdən , nədə riyazi düstur və cədvəllərdən ibarət deyil. İlk çözüm yenədə  özümüzük . Bir anlıq biz nəyi özümüzə  problem hesab edirik sualını özümüzə verək , və bəzən müqayisələrə  keçə  bilərik . Keçmişdə böyüklərimizin nəsihəti , və  ailə  birliyi ortamında edilən söhbətlər və məsləhətlər bu sıxıntı  və  problemlərin həllində çox böyük kömək olurdu . Hal hazirda isə  insanların əksəriyyətinin psixologiyaları daha dəyişkən, aqqressiv ve söz dinləməmə çətinliyi ilə üz üzədirlər
Bununda həlli yolu var, əgər sən çətinlik cəkirsənsə  sənə  sənin  öz istəklərinə uyğun yön və  yol göstərə biləcək gözəl peşənin nümayəndələri psixoloqlarımız var. Demək ki insan istəsə  istənilən vəziyyətdən çıxış yolu mütləq tapacaq. Ən qəliz və çıxılmaz vəziyyət hesab etdiyimiz problemlərində  minimum üç çıxıs yolu vardır :
- Biz əlimizdə var olan bütün şansları dəyərləndirməli
- Həyatımızda var olan bütün insanları sevməli
-Təbəhhsümlərinizi problem hesab etdiyimiz məsələlər qədər böyüdüb gülüş  və xoş  dəqiqələr hesab etməli
 
Yaşadığımız hər günün dəyərini bilməli və bizə məxsus olan hər şeyi bizim olduğu ücün sevməliyik . Problem onu böyütmədiyimiz, onun həlli ücün calışdığımız , onu uğurla həll edəcəyimizə inandığmız zaman bizdən uzaq olacaq. Sizə və hər kəsə problemsiz deyil, problemləri cözə bilməkdə xösbəxtlik  hisslərimizin yüksək olmağını diləyirəm ,o zaman gücümüz bizə  qələbəyə və  uğura inandıracaq . Pozitivlə  basladım, elə pozitivlədə bitirəcəm. Çalışın mümkünsüz hesab etdiyiniz problemlərin həllərini, mumkun olmayan hec bir arzu yoxdur müqayisəsi qarşısında aciz buraxasiniz. 
 
 
Fərəh Quliyeva 

ŞƏRH YAZIN